SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar Pambıq Emalı Zavodunda kütləvi ixtisar... - NARAZILIQ

Ucar Pambıq Emalı Zavodunda kütləvi ixtisar... - NARAZILIQ

Tarix:

12-02-2019, 09:31

/ 1 554 dəfə oxundu.
Ucar Pambıq Emalı Zavodunda kütləvi ixtisar... - NARAZILIQ

Ucar rayon sakinləri tərəfindən xalqxeber.az-a şikayət məktubu ünvanlanıb. Müraciətdə deyilir:

"Bizi işimizdən çıxarıb ailələrimizi ac qoyublar.Bunu isə bizə qarşı edən Ucar rayonunda yeni fəaliyyətə başlamış Ucar Pambıq Emalı Zavodunun Aqro şöbəsinin müdiri Rafiq Hacıyevdir.Belə ki, biz kolxoz dövründən kənd təsərrüfatı teknikasının sürücüsü vəzifəsində işləmişik.Halal zəhmətimizlə ailəmizi dolandırmışıq. Bir neçə il əvvəl Aqroservizlə müqavilə bağlayıb Belarus MTZ 12.21 markalı yeni traktoru işlədirdik.Bütün öhdəlikləri yerinə yetirib, icarə pulunu vaxtlı-vaxtında ödəyib ailəmizi dölandırıdıq.Ucar Pambıq Emalı Zavodu açıldı.Həmin zavodun nəzdində Aqro şöbəsinə Rafiq Hacıyev adlı kənd təsərrüfatından anlayışı olmayan 69 yaşlı qoca birisini gətirib müdir vəzifəsinə təyin etdilər.Rafiq Hacıyev əvvəllər Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri vəzifəsində işləyib.Bu adam aqro şöbəsinə müdir vəzifəsinə təun olunan kimi bizim qanunu müqavilə ilə işlətdiyimiz traktorları əlimizdən aldırıb üç ədədini Saatlı rayonuna, bir ədədini isə Yevlax rayonuna verdi. Bunu isə onunla əsaslandırdı ki, Ucar rayonunda texnikaya ehtiyac yoxdur.Ancaq Rafiq Hacıyev tam yalan deyir Ucar rayonunda kəndlilər pambıq əkmək üçün texnika sarıdan korluq çəkirlər.Rafiq Hacıyev şikayətlərdən sonra bizə dedi ki, mən sizin Yuxarı Şilyan kənd camaatı ilə işləyə bilmərəm.Sizin kəndin camaatı sovetlər dönəmində Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri vəzifəsində işləyəndə məndən mərkəzi orqanlara şikayətlər ediblər.Buna görə mənim Yuxarı Şilyan kənd sakinlərindən xoşum gəlmir.İndi biz bu şikayətin müəllifləri olan Ucar rayon sakinləri çıxılmaz bir vəziyyətlə üzləşmişik.Külfətdən ibarət ailəmiz var, işsiz qalmaqla ailəmiz azyaşlı uşaqlarımız məhv olacaqlar".

Daha sonra dia.az-a daxil olan müraciətdə şikayətçi işçilər bir-bir dərdlərini anladırlar: " - Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Zahidov Elyar Yediyar oğlu 1983-cü il tarixdən traktor idarə etmişəm. Himayəmdə olan iki nəvəm 9 yaşlı Asif və 6 yaşlı Vasif talasemiya xəstəsidirlər.Onların dava-dərmanını, yeməyini paltarlarını mən işləyib alırdım. Rafiq Hacıyevin qanunsuz qərarı bu iki azyaşlı xəstənin vəziyyətini dahada çətinləşdirdi.

- Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlu 28 yaşım var subayam.İşləyib valideyinlərimə baxırdım həmdə pul yığıb ailə qurmaq istəyirdim ki, Rafiq Hacıyev kimi yaramaz istəyimi ürəyimdə qoydu.

- Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Salikov Ramin Əliheydər oğlu MTZ 80 markalı pambıq becərmə traktorunu Aqro servizdən müqavilə ilə götürüb səliqəli işlədirdim.Himayəmdə 3 azyaşlı övladımı normal dolandıra bilirdim.Rafiq Hacıyev kimi bürokratın qanunsuz hərəkətləri nəticəsində işsiz qaldım ki, buna görə üç azyaşlı övladım aclıqdan məhv olacaqlar.

- Mən Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu 2009-cu ildən Aqro Servizdən MTZ-12.21 markalı traktoru müqavilə əsasında götürüb işlədirdim.Rafiq Hacıyev məni çağırıb traktorun təmir edilməsi adı ilə əlimdən alıb Yevlax rayonuna göndərdi.Bizim 9 nəfərdən ibarət ailənin yeganə qazanc yeri bu traktor idi.Rafiq Hacıyev bizim ailəni çörəklə imtahana çəkir".

Müraciət müəllifləri dia.az-a daxil olan ərizədə fikirlərini belə davam edirlər: "Biz Rafiq Hacıyev kimi yaramazın kələyi nəticəsində halal işimizdən çıxarıldıq çörək ağacımız olan traktorlarımız əlimizdən qanunsuz olaraq alındı.İndi çarəmiz qəbrimizi qazıb ölməyə qalıb. Dörd nəfər ailənin 26 üzvünün çörəyinə bais olmaq Allahsızlıqdan başqa həmdə cinayət əmıli hesab edilməlidir.Prezident cənab İlham Əliyev Kənd Təsərrüfatının inkişaf etdirilməsi üçün sərəncamlar verir buna görə dövlət büdcəsindən küllü miqdarda vəsait xərclənir.Ancaq Rafiq Hacıyev kimi işinin öhdəsindən gələ bilməyən, kənd təsərrüfatı sahəsindən heç bir anlayışı olmayan yaramaz bu sahəni dağıdacaq dövlətə. insanlara ziyanlar vuracaq.

Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevada kömək istəyirik. Sizdən xahiş edirik bizə kömək edin traktorlarımız özümüzə qaytarılsın ki, yaşayaq aclıqdan ölməyək işləyib halal zəhmətimizlə ailəmizi dolandıraq".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ