SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "İnter" klubunun hesabına 200 min dollar köçürülüb" - Sabiq deputat Dünyamin Xəlilov

"İnter" klubunun hesabına 200 min dollar köçürülüb" - Sabiq deputat Dünyamin Xəlilov

Tarix:

11-02-2019, 17:56

/ 1 279 dəfə oxundu.
"İnter" klubunun hesabına 200 min dollar köçürülüb" - Sabiq deputat Dünyamin Xəlilov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən Dünyamin Xəlilov sərbəst ifadə verib.

O, C.Hacıyevi gənclik illərindən tanıdığını, onunla 40 ildir dostluq etdiyini bildirib: "Cahangir Hacıyevlə bir-birimizin evinə gedib-gəlmişik. Lakin onunla heç bir biznes əlaqəmiz olmayıb".

Sabiq deputat deyib ki, C.Hacıyev tərəfindən "General Consalting" şirkətinin direktoru vəzifəsinə təyin edilib: "İki il burada çalışdım, 2005-ci ilin əvvəllərində isə xarici şirkətlərdə layihələr həyata keçirməyə başladım. Biznes fəaliyyətim genişləndiyi üçün yeni MMC-lər yaratdıq. Mən bir neçə şəxsi də həmin şirkətin direktoru vəzifəsinə təyin etmişəm. Qanuna əsasən, Beynəlxalq Bank xarici şirkətləri maliyyələşdirə bilməzdi. Ona görə də xarici şirkətlərə pul köçürmələri həmin MMC-lər vasitəsilə həyata keçirmişik. "Kargin" şirkəti ilə "Pərvanə" MMC arasında müqavilə bağlanılıb və xaricdən ölkəyə yağ gətirilib. Həmin yağ da satılıb, pullar da Beynəlxalq Banka qaytarılıb".

Layihələrə sərf edilən pulları açıqlayan D.Xəlilov söyləyib ki, "İnter" Peşəkar Futbol Klubunun (hazırkı "Keşlə" klubu) hesabına 200 min ABŞ dolları köçürülüb.

O, mütəşəkkil dəstə qurmadıqlarını, bankın pullarını mənimsəmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ