SON DƏQİQƏ
XalqXeber.Az » İdman » DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR

DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR

Tarix:

9-02-2019, 12:23

/ 1 073 dəfə oxundu.
DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik keçirilib.

2 gün davam edən birincilikdə 16 komandanın tərkibində 108 asayiş keşikçisi qol güləşi və ağırlıq daşlarının qaldırılması üzrə güclərini sınayıblar. 2 idman növünün cəmində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandası rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Naxçıvan şəhər Polis İdarəsi ikinci, Daxili İşlər Nazirliyinin komandası isə üçüncü olub.

Yarışın bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov iştirak edib. Bildirib ki, bu gün Naxçıvanda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hamısına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb.

Keçirilən birinciliyin də məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır. Fazil Ələkbərov yarışda uğur qazanan polis əməkdaşlarını təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Sonda Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov qalib komandalara diplomlar təqdim edib.
DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR
DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR
DİN əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik yekunlaşıb - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ