SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb

"Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb

Tarix:

6-02-2019, 19:20

/ 1 179 dəfə oxundu.
"Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb

"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, M. Şirəliyev 2018-ci ilin dekabr aynda işdən ayrılmaqla bağlı ərizə yazıb.

Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub.

Şərhlər

XƏBƏR LENTİ