SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Tarix:

6-02-2019, 16:33

/ 1 615 dəfə oxundu.
DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ