SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR

Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR

Tarix:

6-02-2019, 14:32

/ 1 074 dəfə oxundu.
Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini bildirib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 27 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirilir.

Hesabat dövründə açılışı olan obyektlərdən danışılarkən 80 nömrəli və 64 nömrəli körpələr evi-uşaq bağçalarının, Humanitar Fənlər Gimnaziyasının, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin 250 yerlik yeni binasının açılışının olduğu bildirilib.

Eyni zamanda, ötən il ərzində rayon rəhbərliyi tərəfindən 2773 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 29 səyyar görüş və qəbullar zamanı edilən 245 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt-“1643” xidmətinə 1318 müraciətin daxil olduğu, onlardan 591-inin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.
Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR
Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR
Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR
Nərimanov rayonunda 2018-ci ilin yekunları barədə iclas - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ