SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda sərxoş kişi arvadını öldürüb, anasını baltaladı - TƏFƏRRÜAT

Azərbaycanda sərxoş kişi arvadını öldürüb, anasını baltaladı - TƏFƏRRÜAT

Tarix:

6-02-2019, 13:44

/ 1 333 dəfə oxundu.
Azərbaycanda sərxoş kişi arvadını öldürüb, anasını baltaladı - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Ucar rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org hadisənin təfərrüatlarını öyrənib. Belə ki, rayonun Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağıyev ailə münaqişəsi zəmnində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və öz doğma anası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.

Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, anası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisəni törədəndən sonra A.Tağıyev bıçaqla özünə xəsarət yetirib. Hazırda o Ucar Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun polis nəzarəti altında olduğu bildirilir.Məlumata görə həyat yoldaşını öldürən və anasına ağır xəsarət yetirən şəxs uzun müddətdir içki və narkotik aludəçisi imiş. Arzu Tağıyevin hadisəni törədərkən içkili olduğu deyilir. Hadisənin hansı səbəbdən baş verdiyi isə məlum deyil. Dünyasını dəyişən Zivər Tağıyeva ilə Arzu Tağıyevin birgə nigahdan iki azyaşlı övladı var. Qətldən sonra uşaqları ana babası öz evlərinə aparıb. Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, dəhşətli qətli törən A.Tağıyev Ucar rayon 4 saylı orta məktəbin direktoru ELmira Sultanovanın bacısı oğludur.

Şərhlər

XƏBƏR LENTİ