SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Leyla Şıxlinskayanın işçilərinə 35 il cəza istənildi

Leyla Şıxlinskayanın işçilərinə 35 il cəza istənildi

Tarix:

6-02-2019, 11:31

/ 1 054 dəfə oxundu.
Leyla Şıxlinskayanın işçilərinə 35 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçilərə cəza istənilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Şəhla Abbasova və Polad Əliyevin hər birinin 9 il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın hər birinin 5 il, Yelena Abdullayevanın 2 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmalarını istəyib. Proses fevralın 12-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxardıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. İstintaqın yekununda adıçəkilən şəxslər 700 min manat mənimsəməkdə ittiham olunublar. Lakin məhkəmədə təkrar maliyyə ekspertizası keçirilib və ekspertin rəyindən bəlli olub ki, klinikaya dəyən ziyan 700 min manat yox, 56 min manatdır.

Şərhlər

XƏBƏR LENTİ