SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zəlzələdən həyacanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb - Səhiyyə Nazirliyi

Zəlzələdən həyacanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb - Səhiyyə Nazirliyi

Tarix:

6-02-2019, 10:16

/ 891 dəfə oxundu.
Zəlzələdən həyacanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb - Səhiyyə Nazirliyi

Şamaxı Məırkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib:

"Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Bir nəfərin həyacandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir".

Şərhlər

XƏBƏR LENTİ