SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Yeni icra başçısının atası market işlədirmiş...

 Yeni icra başçısının atası market işlədirmiş...

Tarix:

5-02-2019, 15:43

/ 1 925 dəfə oxundu.
 Yeni icra başçısının atası market işlədirmiş...

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elşən Salahov buna qədər İH-də təsərrüfat şöbəsinə başçılıq edib.

Virtualaz.org-a məlum olduğuna görə, Elşən Salahovun atası – hacı Rövşən Salahov “Abşeron” marketinin direktorudur.

Xəzər rayonunun yeni icra başçısı Buzovna qəsəbəsində anadan olub.

* * *14:53

Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Salahov bu təyinatadək Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ