SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Tarix:

5-02-2019, 15:06

/ 1 713 dəfə oxundu.
Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Unikal.org təyin olunan yeni icra başçısının kimliyini araşdırıb. Məlum olub ki, Elşən Salahov bundan əvvəl Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb.

O, Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsənov Vaqif Bəhram oğlu Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra o bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ