SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Samir Şərifovun əmri hazırdır... - İDDİA

Samir Şərifovun əmri hazırdır... - İDDİA

Tarix:

4-02-2019, 15:12

/ 1 138 dəfə oxundu.
Samir Şərifovun əmri hazırdır... - İDDİA

Azərbaycanda nazir dəyişikliyi gözlənilir. Bu barədə hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın vaxtlarda maliyyə naziri postunda dəyişiklik baş tuta bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl nazirlərdən birinin yol salınacağını xəbər vermişdik.

Məlumatlı mənbə bildirir ki, Samir Şərifov bir il əvvəl müvəqqəti olaraq görəvində saxlanılmışdı və ona çətin tapşırıqlar verilmişdi: "Amma görünəni odur ki, Şərifov işinin öhdəsindən gələ bilməyib".

Qeyd edək ki, dəyişikliyin bu həftə ərzində baş verəcəyi söylənilir.

Eyni zamanda səhiyyə nazirinin və daha bir neçə nazirin də yol üstündə olduğu deyilir.

Dia.az

Şərhlər

XƏBƏR LENTİ