SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sinoptiklər dumanlı hava vəd edirlər

Sinoptiklər dumanlı hava vəd edirlər

Tarix:

4-02-2019, 14:02

/ 904 dəfə oxundu.
Sinoptiklər dumanlı hava vəd edirlər

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Şərhlər

XƏBƏR LENTİ