SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Azərişıq" İmişli sakini ilə nəyin prinsipini aparır? - ŞİKAYƏT

"Azərişıq" İmişli sakini ilə nəyin prinsipini aparır? - ŞİKAYƏT

Tarix:

4-02-2019, 09:56

/ 1 397 dəfə oxundu.
"Azərişıq" İmişli sakini ilə nəyin prinsipini aparır? - ŞİKAYƏT

İmişli rayon Hacırüstəmli kənd sakini Sarvan Əsədov Sozcu.az saytına yazaraq bildirib ki, "Azərişıq" ın İmişli rayon şöbəsi ilə aralarında yaranan problem uzun zamandır ki, həll edilmir.

Sarvan Əsədov bildirir ki, 2011-ci ildə İmişli rayon işıq idarəsinə müraciət edərək bildirib ki, yaşadıqları kəndə işıq transformatoru azlıq etdiyi üçün əlavə bir tranfarmator verilsin. Bunun üçün aidiyyəti qurumlara da müraciət edib. Sarvan Əsədov bildirib ki, ona bütün problemlər bundan sonra başlayıb.

"Məni şantaj edərək cəzalandırmağa başladılar. Mən Bakıda yaşadığım vaxtda evimə gedən xəttin qırılıb sallandığını qonşu zəng edib mənə bildirdi. Kəndə gedib nümayəndəliyə ərizə ilə müraciət etdim(o vaxtı işığa nümayəndəlik nəzarət edirdi). Bir ildən və mənim təkidimdən sonra xəttimiz bərpa olundu və məni 125 manat cərimələdilər. Cərimənin haqsız olduğuna görə ödəmədim və şikayətlər etdim. Bundan sonra işıq idarəsinin işçiləri evimizə gedən işıq xəttini kəsdilər.

İşıq idarəsinin müdiri Məhəmmədəli Kazımovu işdən azad edib Qılman Rzayevi onun yerinə müdir təyin etdilər. Mən prokurorluğa müraciət etdikdən sonra Qılman Rzayevin göstərişi ilə xətt bərpa olundu. Amma İşlək sayğacı çıxararaq yenisi ilə əvəz edib məni 100 manat cərimələyiblər. Qılman Rzayevdən sonra Mətləb Cəfərov müdir təyin olundu. O, da cərimələrlə yüklənmiş borca görə xəttimi kəsdirdi və bir daha birləşdirilmədi. Canəhməd Əhmədov isə ümumiyyətlə məni eşitmək istəmədi. İdiki müdiri isə tanımıram.
Nəhayət ki,kəndimizi kabelləşdirdilər, amma mənim evimə smart sayğac qoyulmadı. Dəfələrlə ölkə prezidentinə, "Azərişığın" pezidenti Baba Rzayevə, prokurorluğa, Azərenerjiyə,baş nazirə qəzetlərə, nə bilim haralara müraciət etməyimə baxmayaraq heç bir nəticə yoxdur. Özləri qanunsuz işlər gördüyü halda abonentdən qanun tələb edirlər. Bütün bu haqsızlıqlara cavab olaraq bu nəticəyə gəlmişəm ki ,vəziyyəti xarici qəzet və saytlarda paylaşam. Bəlkə səsimə səs verələr" .

Şərhlər

XƏBƏR LENTİ