SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Məgər Oqtay Şirəliyev bilmir ki, səhiyyə yerin dibinə batır?”- Komada olan baş redaktorun həyat yoldaşı

“Məgər Oqtay Şirəliyev bilmir ki, səhiyyə yerin dibinə batır?”- Komada olan baş redaktorun həyat yoldaşı

Tarix:

3-02-2019, 23:51

/ 1 007 dəfə oxundu.
“Məgər Oqtay Şirəliyev bilmir ki, səhiyyə yerin dibinə batır?”- Komada olan baş redaktorun həyat yoldaşı

"Oxu Məni” qəzetinin baş redaktoru Natiq Qocaman iki gündür komadadır

Bu haqda onun həyat toldaşı xəbər paylaşıb. O, xəstəxanadakı bərbad durum haqda da şikayətini bildirib:

"Natiq insult diaqnozu ilə təcili yardımla "Semaşko" adına xəstəxanaya gətirildi. Esmira adlı "40 ilin həkimiyəm" deyən qadın bir başqası ilə növbədə idi. Çox dözülməz şəraitdə olan resanimasiyada xəstələrə spirtlə deyil, gözümüzün önündə yaş salfetlə iynə vuruldu. Yoldaşımın vəziyyətinin daha da pişləşdiyini görüb, olan qalan ümidlərimizi də puç etdilər. "Nazirliyə yox, hara şikayət edirsən et!" deyən Esmira haqqında elə nazirliyə şikayət etdim.

Səhiyyə naziri Oqtay Şirəliyev kimi "işləyən" mətbuat katibinin nömrəsindən zəng vurdum. O qədər harınlaşıblar ki... Əgər mətbuata cavab verməyəcəksənsə, o yeri işinə məsuliyyətlə yanaşana ver. Get verilişini çək...

Bundan sobra Səfayə xanımla danışdım. Yalnız bundan sonra etinasız yanaşdıqları xəstəmizə "diqqət" göstərildi. O da necə...

Reanimasiya şöbəsinə adətən ağır xəstələr gətirilir. Ağır xəstəyə iynə yaş salfetlə, "jqut" əvəzi sidik katetorundan istifadə edilir və gedin hər şeyə hazır olun deyilir. Bunlar nə qədər insafsızdırlar! Məgər nazir Oqtay Şirəliyev guya bilmir ki, ölkədəki səhiyyə yerin dibinə batır? Batır yox, məhz o batırır?! Rüşvətxor, savadsız, etikasız səhiyyə işçiləri, cəhənnəm olun artıq!!!

Məsuliyyətsiz nazirin məsuliyyətsiz işçilərinin ucbatından neçə neçə ailələr gözüyaşlı qalır! Nə qədər olar?! Hara kimi?

Ölkə rəhbərimiz cənab İlham Əliyev hər idarə üçün maddi yardım ayırır. Daima millətin, camaatın qayğısına qalır. Daha demir ki, içib yatın, məşuqələrinizlə tura çıxın və ya kötükcənizə kimi sərmayə qoyun! Bəsdirin də! Mən gecə baş verən hər şeyi lentə aldırmışam! Özümə gəlim ölkə rəhbərliyinə şəxsən şikayət edəcəyəm!”.

Onu da deyim ki, "Semaşko"nun donuz tövləsini xatırladan reanimasiyasında xəstəmizi saxlaya bilməzdik. Dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. Hazırda komadadır”.

Şərhlər

XƏBƏR LENTİ