SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Doğum şəhadətnaməsi ilə bağlı tələblər dəyişir

Doğum şəhadətnaməsi ilə bağlı tələblər dəyişir

Tarix:

1-02-2019, 17:06

/ 1 170 dəfə oxundu.
Doğum şəhadətnaməsi ilə bağlı tələblər dəyişir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi məsələsi təklif olunur.

Qanun layihəsinə 6.4-cü maddəsindən sonra “qeyd” hissəsi əlavə edilir. Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.

Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər.

Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur.

Şərhlər

XƏBƏR LENTİ