SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əhaliyə qriplə bağlı müraciət - Ölkədə cəmi 1 laboratoriya var...

Əhaliyə qriplə bağlı müraciət - Ölkədə cəmi 1 laboratoriya var...

Tarix:

1-02-2019, 11:49

/ 916 dəfə oxundu.
Əhaliyə qriplə bağlı müraciət - Ölkədə cəmi 1 laboratoriya var...

“Qripin diaqnozunu qoymaq hər bir laboratoriyada aparılmır. Azərbaycanda bunun üçün cəmi bir laboratoriya var”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova bugünkü mətbuat konfransında deyib:

“Həmin laboratoriya Ümumdünya Səhiyyə Təşkilatının qlobal sisteminə daxildir. Ona görə orada aparılan analizlərin hamısı bizim sistemə daxil olur. Çünki həmin bu analizlərin aparılması üçün xüsusi test sistemləri lazımdır. Onu təsdiqləmək yalnız Bakıda yerləşən həmin laboratoriyada mümkündür.

Kimdəsə soyuqdəymə, qızdırma, asqırma, öskürmə varsa, ona qrip diaqnozu qoymaq yanlışdır. İnsanlar hər deyilən sözə inanmasınlar”.

Cəvahir Süleymanova Azərbaycanda 16 nəfərdə qeydə alınan H1N1 virusunun da həmin laboratoriyada aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, həmin laboratoriya Respublika Taun Əleyhinə Stansiyada yerləşir.

Şərhlər

XƏBƏR LENTİ