SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Fazil Məmmədovun adamı darda... - Yeyintisi ifşa olunub

Fazil Məmmədovun adamı darda... - Yeyintisi ifşa olunub

Tarix:

1-02-2019, 11:44

/ 1 174 dəfə oxundu.
Fazil Məmmədovun adamı darda... - Yeyintisi ifşa olunub

Keçmiş vergi işçisi, hazırda Qazax rayon icra hakimiyyətinin başçısı postunu tutan Rəcəb Babaşovu qarşıda çətin günlər gözləyir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, keçmiş Vergilər Naziri Fazil Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan Rəcəb Babaşov əslində çoxdan hədəfdədir. Mənbənin dia.az-a söylədikləri:

"Bu dəfə isə barəsində yekun qərar verilib. Babaşovun maliyyə fəaliyyəti araşdırılır. Təsəsvvür edin, vergi mütəxəssisi olan Rəcəb Babaşov elə zənn edib ki, onun rayon maliyyə idarəsinin rəisinin əli ilə həyata keçirdi maxinasiyaları müvafiq dövlət qurumları ifşa edə bilməyəcək. Ona görə də hətta illik hesabat zamanı belə neqativləri gizlətməyə cəhdlər edib. Amma bütün faktlar artıq toplanılıb və yaxın günlərdə yekun qərarın verilməsi üçün aidiyyatı üzrə təhvil veriləcək".

Mənbə iddia edir ki, babaşovun ayağında 120 min manatdan artıq pul kəsiri var...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Şərhlər

XƏBƏR LENTİ