SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Zaur efirdə Xoşqədəmə söz atdı: "Əxlaqsızlığı ortaya çıxarıb"

Zaur efirdə Xoşqədəmə söz atdı: "Əxlaqsızlığı ortaya çıxarıb"

Tarix:

31-01-2019, 17:37

/ 1 566 dəfə oxundu.
Zaur efirdə Xoşqədəmə söz atdı: "Əxlaqsızlığı ortaya çıxarıb"

Eyni səpgili proqramların aparıcıları Xoşqədəm Hidayətqızı ilə Zaur Baxşəliyev arasında soyuq müharibə davam edir.

Zaur "Bizimləsən"in efirindən reytinq xatirinə efirdə əxlaqsızlığı təbliq edənlərə söz atıb:

"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" deyərək bir əxlaqsızlığı ortaya çıxarıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. 2-3 faiz reytinqdən ötrü nəyi piar edirsiniz?! Hansısa bir əxlaqsızlığı? Ayıbdır, ayıb olsun! Verilişi mənəvi məsələlərin üzərində qurmaq lazımdır. Qura bilmirsən, bu işdən əl çək!"

Z.Baxşəliyev ad çəkməsə də, hər kəs bu sözləri Xoşqədəm Baxşəliyeva ünvanlandığını bilib. Belə ki, iki gün əvvəl "Səni axtarıram" proqramında 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması və onların bu izdivacına etiraz edən valideynlərindən imtina etməsi cəmiyyətdə böyük narazılığa səbəb olmuşdu.

Şərhlər

XƏBƏR LENTİ