SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vüsal Novruzovun sürücüsü 2 mln manatı necə əldə edib? - VİDEO

Vüsal Novruzovun sürücüsü 2 mln manatı necə əldə edib? - VİDEO

Tarix:

17-12-2018, 09:46

/ 1 687 dəfə oxundu.
Vüsal Novruzovun sürücüsü 2 mln manatı necə əldə edib? - VİDEO

İki milyon manatı sürücü işləyən bir insan hansı yolla əldə edib? Əgər 2 milyonu varsa niyə sürücü işləyir? Əgər həqiqətən də anam ona borcludursa, niyə bu neçə ili gəlib pulunu tələb etmirdi? Miras qalmış var-dövlətin sübuta yetirilməsi üçün rəsmi dövlət sənədi varmı? Bizə olan borcunu ödəməkdən boyun qaçırdaraq hansı əsasla anamdan şikayət edir ki, iki milyon borcu var? Teref.az xəbər verir ki, bu sözləri kanal 24- studiyasıda Əlizadə Nigar bildirib.

Onun sözlərinə görə anası Əliyeva Gülarə özündən əlavə 3 qadınla birgə qızıl alqı-satqısı ilə məşğul olub. Bir müddət onlar Vüsal Novruzovun sürücüsü işləyən Nəcəf Nəsirli ilə tanış olublar və müəyyən bir vaxtdan sonra sürücü Nəcəf Nəsirli Gülarə Əliyevadan qızıl almaq istədiyini bildirib. Daha sonra şəxslər arasında müəyyən qədər narazılıq yaranır. Nigar Əlizadənin dediyinə görə, Nəcəf Nəsirli onun anası Gülarə Əliyevanın inamından,etiabrından sui-istifadə edib: “Anam haqqında səsləndirilən fikirlər əsassızdır. Anam Əliyeva Gülarənin Nəcəf Nəsirlinin söylədiyi kimi ona iki milyon manat borcu yoxdur. Əksinə, vaxtı ilə Vüsal Novruzovun sürücüsü işləyən Nəcəf Nəsirlinin anamdan və 3 digər qadından Vüsal Novruzovun adından aldığı ümumi dəyəri 615 min dollar olan qızıl-zinət əşyalarının pulunu ödəməyib.

Dələduzluq edən şəxs bizə hədə qorxu gələrək bildirib ki, gedib müdirimə deyərəm və sizin başınıza oyun açaram. Bəlkə də,Vüsal Novruzovun bu işdən xəbəri yoxdu amma fakt olaraq qızıllar onun adı ilə alınıb.Biz xahiş edirik ki,hazırda işi aparan müstəntiq Elçin Qurbanov bu işdən uzaqlaşdırılsın. Çünki Qurbanovun bu işi düzgün və ədalətli apardığına şübhəmiz var. Yalandan sosial şəbəkələrdə yayılan məlumatlara fikrimi bildirərək deyirəm ki, mənim anam 18-ci polis şöbəsi tərəfindən saxlanılmayıb. Anamın istintaqda yayıldığını söyləyənlərə üz tutub deyiəm ki,anam istntaqda yayınmayıb,İstintaqdan yayınan adam öz evində gizlənməz. 8 dekabr tarixində səhər saatlarında qapımızı döyən Vüqar adlı şəxs yanında başqa bir şəxslə özlərini polis kimi təqdim edərək polis geyimində olamamalarına baxmayaraq anamı polis şöbəsinə aparıblar. Bir neçə dəqiqə söhbətən sonra bilmişik ki, Vüqar adlı şəxs bizim sahə müvəkkilimizdir. Əlində heç bir sənəd olmadan, heç bir kağız təqdim etmədən anamı 29-cu polis bölməsinə aparıblar. Həmin şəxslər evə daxil olanda biz 102 xidmətinə məlumat vermişik. Yəni yoxlanıla bilər, bu məlumat 102 xidmətində də var” deyə, Əlizadə Nigar bildirib.

Nigar xanım daha sonra dediklərinə əlavə edərək bildirib: “qeyd edim ki,düzgün yazılmayan xəbərlərin heç biri anama layiq deyil, mənim anam haqqı oloan pulunu tələb edir.” Ölkə başçısı İlham Əliyevdən, ölkənin birinci xanımı Mehriban Əliyevadan ,Daxili İşlər Naziri Ramil Usubovdan kömək istəyən Nigar Əlizadə məsələnin düzgün araşdırılması üçün xahiş edir: “Mənim son ümüdim sizsiz. Dövlətimizin bu haqsızlığa son qoyacağına inaniram. Mən yenicə ana olmuşam və bu yaşadığım gərginlik səbəbindən çox böyük təhlükə. Mən anasız, uşağımı isə nənəsiz böyütmək istəmirəm. Xahiş edirəm mənə köməklik edin. Anamın xəstəliyi nəzərə alınmadan hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Deyilən məlumata görə Vüsal Novruzovun bu işdə əli yoxdur. Əgər əli yoxdursa, bilmir ki, sürücüsü nə işlərlə məşğuldur? Onda ən azından Novruzov bizim haqlı olduğumuzunun ortaya çıxması üçün yardım etsin”
Adları çəkilən şəxslərin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Şərhlər

XƏBƏR LENTİ