SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazilə Məmmədova, Vahid Əliyev tandemi Abşeron təhsilini necə inkişaf etdirir?

Nazilə Məmmədova, Vahid Əliyev tandemi Abşeron təhsilini necə inkişaf etdirir?

Tarix:

7-12-2018, 13:14

/ 3 618 dəfə oxundu.
Nazilə Məmmədova, Vahid Əliyev tandemi Abşeron təhsilini necə inkişaf etdirir?

Bu gün Abşeron rayonunda fəaliyyətdə olan orta məktəblərin demək olar ki, böyük əksəriyyətindən sakinlər narazılıq edir. Bu barədə Aktualinfo.org bu günlərdə geniş məqalə yaymışdı. Sözügedən rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova isə bu narazılıqların heç fərqinə varmır. Bu bəlkə də onu bu vəziyə gətirənlərin yuxarı dairələrdə, məsələn elə yeni təhsil naziri Ceyhun Bayramovla yaxın münasibətlərdə olduğundandı. Valideynlərin narazılıqları isə məktəblərdə baş alıb gedən hamıya məlum problemlərdir.Tədris ili başlar başlamaz, fond pulları, müəllimlər günü münasibətilə hər valıdeyndən əvvəlcədən müəyyən olunmuş məbləğ, müəllimlərin ad günləri, orta məktəbtəb direktorlarının dərs saatı bölgüsü, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə yiğılan pullar və müxtəlif tədbirlər adı ılə valideyn komitələrinin vaxtaşırı valideynlərdən pul yığması hamının gördüyü, lakin övladlarına görə susmağa üstünlük vürdiyi faktlardır..Abşeron rayonunda,əsasən də böyük qəsəbələrdə yuxarı sinif şagirdlərinin sərbəst şəkildə repetitor yanına getməsi də inkaredilməz faktlardır. Bunu sübut etmək üçün dərs vaxtı qəflətən istənilən məktəbdə, istənilən sinif otağına daxil olub şağirdlərin sayını yoxlamaq kifayət edər. Bunlar başqa bir yazının mövzusu olduğundan, hələlik bu kimi problemlərin üstündən sükutla keçirik. Əsas məsələ təhsilin inkişafinda və müəllimlərin əməyinin qiymətləndirilməsində hec də az rol oynamayan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin bu günkü fəaliyyətinə nəzər salmaqdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin xidmətində 61 müəssisə və təşkilat fəaliyyət göstərir. Kolleclər, Peşə məktəbləri, Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri , uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, uşaq gənclər idman məktəbi, Təhsil Şöbəsi, Bu idarə və müəssisələrdə işləyən həmkarlar ittifaqı üzvlərinin tələbə həmkarlar ittifaqı üzvlərinin sayı ilə birlikdə Abşeron rayon komitəsi üzrə ittifaq üzvlərinin sayı beş min civarındadır.

Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir və bir mətbuat orqanı olaraq yunu yazılarımızda xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev bu yöndə nə kimi işlər görə bilib? Görəsən Vahid müəllim bir komitə sədri olaraq son vaxtlar Abşeron rayonunun hansı bir kənd məktəbinə baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmişdir.

Məlum olduğu kimi Abşeron rayonu paytaxta yaxın olmasına baxmayaraq əsasən kasıb kəndlərdən ibarətdir. Bu kəndlərin sakinləri iş üçün əsasən paytaxta üz tutduğundan daimi iş yerləri yalnız məktəb və uşaq bağçalarıdır. Məktəblərdə işləyən müəllimlərin başqa işlərlə məşğul olmağa vaxtları olmadığından maaşın ümidinə qalırlar. Odur ki, kəndlərdə elə sosialyönümlü problemlər yaranır ki, məktəb hər müəlliminə kömək etmək iqtidarında olmur. Ona görə də, bir çox sosialyönümlü və digər xarakterli problemlərin həlli birbaşa həmkarlar ittifaqı komitəsinin səlahiyyətləri çərçivəsində olur. Maraqlıdır,görəsən Vahid Əliyev bir Komitə sədri kimi son illər sosialyönümlü problemlərini həll etdiyi rayon təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri rayon Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

Bir şözlə,hər yerdə olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin də fəaliyyəti ürəkaçan deyil. Burada da Abşeron rayon Təhsil Şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin müdirlərınin birgə fəaliyyəti, yəni Nazilə Məmmədova və Vahid Əliyev tandemi əsas rol oynayır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Millət Vəkili Səttar Mehbalıyev də həmişə olduğu kimi bütün bu baş verənlərə göz yumur.Bəs Təhsil Naziri Ceyhun Bayramov necə,bu kimi hallara görəsən göz yumacaqmı?

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ