SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı

Bakıda şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı

Tarix:

7-12-2018, 12:06

/ 1 597 dəfə oxundu.
Bakıda şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı

Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

"Qafqazinfo"ya məktəbdən daxil olan məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ