SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Röyadan illərdir küsülü olduğu Aygünə: "Cici" qız..."

Röyadan illərdir küsülü olduğu Aygünə: "Cici" qız..."

Tarix:

22-11-2018, 13:14

/ 1 716 dəfə oxundu.
Röyadan illərdir küsülü olduğu Aygünə: "Cici" qız..."

Əməkdar artist Röya Ayxan “Altın Kelebek” mükafatlandırma mərasiminin namizədlərindən danışıb.

Müğənni “Şou news”a açıqlamasında bildirib ki, illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovanı dəstəkləyir:

“Aygün Kazımovanı bu il “Altın Kelebek”ə layiq görürəm. Başqa heç kəsi. “Cici” qız özü də artıq hazırlaşır”.

Azərbaycandan ilk dəfə sözügedən mükafatı alan Röya bir vaxtlar çox tənqid edildiyini söyləyib:

"8 ay ancaq üstümə gəldilər, zərbə gördüm. Nə oldu? İndi hamısı elə bil bağçaya hazırlaşırlar. Dəlidirlər".
Qeyd edək ki, mükafata namizədlər arasında Xatirə İslam, Günay İbrahimli, Səmra Rəhimli, Aysel Əlizadə, Dilarə Kazımova və Roza Zərgərli də var.

Şərhlər

XƏBƏR LENTİ