SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

Tarix:

22-11-2018, 12:47

/ 1 274 dəfə oxundu.
“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

Prezidenti İlham Əliyevin 2013-cü il iyunun 24 də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə keçirilən silsilə tədbirlərin davamı olaraq dünən Azərbaycan Dövlət Bətən Tərbiyəsi və İdman Akademiyasında “Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilib.

xalqxeber.az xəbər verir ki, ali və orta-ixtisas təhsil müəssisələrinin tələbə və müəllim kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın sədri İradə Mahmudova cari ilin ötən müddəti ərzində Komissiya tərəfindən keçirilmiş profilaktik tədbirlər haqqında və narkotiklərlə bağlı baş vermiş cinayətlərin statistikasından məlumat verib.

Tədbirdə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli müəllifi olan ziyanlı vərdişlərə qarşı maarifləndirici mövzulu “Bəla” əsəri barədə məlumat verərək gəncləri həmin filmə baxış keçirilməsinə çağırıb.
“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir
“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir
“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir
“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

Şərhlər

XƏBƏR LENTİ