SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlıların quldur dəstəsi tutuldu - Sankt-Peterburqda

Azərbaycanlıların quldur dəstəsi tutuldu - Sankt-Peterburqda

Tarix:

22-11-2018, 11:06

/ 1 298 dəfə oxundu.
Azərbaycanlıların quldur dəstəsi tutuldu - Sankt-Peterburqda

Rusiyanın Sankt-Peterburq şəhərində polis quldurluqla məşğul olan etnik cinayətkar qrupu zərərsizləşdirib.

"Neva News"a istinadən xəbər veririk ki, 3 Azərbaycan vətəndaşı mağazaları qarət edib.

İlkin məlumatlara görə, onlar mağazaya hücum edərək pul və siqaret götürüblər. Azərbaycanlılar Belqrad küçəsində 42 min rubl və 300 paket siqaret ələ keçiriblər.

Bundan sonra eyni küçədə yerləşən digər mağazaya basqın ediblər. Oradan da 22 min rubl və 200 paket siqaret götürüblər.

Quldurlar üçüncü dəfə satıcını bıçaqla təhdid edib və kassadan 20 min rubl, həmçinin 200 paket siqaret mənimsəyiblər.

Cinayətkarlara qarşı istintaq başladılıb.

Şərhlər

XƏBƏR LENTİ