SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM

Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM

Tarix:

20-11-2018, 12:56

/ 812 dəfə oxundu.
Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyevin vəzifəsindən azad olunması prezidentin bu bölgəyə son səfərindən sonra qətiləşib

Verilən məlumatda iddia olunur ki, Biləsuvarın geridəqalmışlığının baiskarı olan M.Quliyevin ilin sonuna yola salınması gözlənilir.

Rayonun əkin sahələrinin zəbt olunması, planda tutulan işlərin həyata keçməməsi, pambıqçılıq sahəsində ən zəif nəticə verilməsi, fermerlərin şikayətləri kurator tərəfindən dövlət rəhbərliyinə məruzə olunub.

Prezidentin Biləsuvarda görülən və görülməyən işlərdən narazı qaldığı bildirilir. M.Quliyevin aqrar sektoru inkişaf etdirməsi yerinə torpaqları ələ keçirməsi, ayrı-ayrı regionlardan olan məmurlara sahələri pay-püş eləməsi məlumat verilib.

Ümumiyyətlə, uzun zamandır M.Quliyev rayona başçılıq edir və artıq vaxtı yetişib. Onun Biləsuvarda heç bir iş görmədiyi göz qabağındadır.

Biləsuvarın icra başçısı Cəlilabad, Cəbrayıl, İmişli və s. regionlarda ayrı-ayrı məmurlara camaatın torpaqlarını satıb. Şübhə doğurmur ki, Mahir Quliyev özünü də düşünüb, hektarlarla ərazi ayırıb. Amma ilk növbədə qonşu rayonlardakı məmurlar pay götürüb.

M.Quliyevin bu əməlləri barəsindən xəbər tutan sakinlər dəfələrlə Biləsuvar RİH-nə müraciət edib, xəbərdarlıq şəklində ismarıc göndərib, qanunsuzluğa son qoymağa çağırıb.

Di gəl ki icra başçısı heç kəsi saymayıb. Buna görə də vəziyyət mürəkkəbləşib və sakinlər prezidentə yazmaq məcburiyyətində qalıb. Əldə etdiyimiz xəbərlərdə deyilir ki, Cəbrayılın keçmiş başçısı Mahmud Quliyev də zamanında Mahir Quliyevdən xeyir görüb.

Ona da hektarlarla torpaq satılıb. Bütün bunlar əndazəni aşıb, İmişlidə, Cəlilabadda məmurların adlarına torpaq sahələri sənədləşdirilib.

Bu zaman kənd sakinlərinin hüquqları pozulub. İddialara görə, torpaqları zəbt etmiş məmurlar arasında ayrı-ayrı rayonların prokuror, maliyyə rəisi, idarə müdirləri, icra nümayəndələri, icra başçıları var.

Verilən məlumatda iddia olunur ki, Mahir Quliyev 25 min hektara yaxın əkin və otlaq sahələrini biləsuvarlıların əlindən alıb.

Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılıb.

Buna baxmayaraq, biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən işğal olunub. Bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib.

İcra başçısı Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.

İlk növbədə açıqlamalarda vurğulanır ki, bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpkisi ilə üz-üzə qalmalı olurlar.

Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür.

Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.

M.Quliyevin işdən azad olunmasına digər səbəb keçmiş komitə sədri Nazim İbrahimovla qohumluq ola bilər.

Çox tezliklə Biləsuvara yeni icra hakimi qoyulacağı bildirilir. Eyni zamanda rayona dotasiya ayrılmayacaq.

Mahir Quliyev büdcənin pullarını mənimsəməklə, həmçinin, sakinlərin dolanışıq mənbəyini kəsərək, sosial vəziyyətdən əziyyət çəkən narazı kütlə hazırlamaqla yanaşı, birbaşa Prezident İlham Əliyevin siyasətini baltalamaqla məşğuldur. Lakin o, bununla qane olmur və birbaşa Heydər Əliyevin ideyalarına da zərbə vurur.

Biləsuvarlıları narahat edən məsələlələrdən biri də məktəbdə Heydər Əliyevin ideyalarını mənimsəyən şagirdlərin bu ideyalara inamsızlığının yaranmasıdır.

Məktəbdə müəllimlərindən Heydər Əliyev ideyalarını öyrənən şagird icra başçısı Mahir Quliyev tərəfindən əkin sahələrinin zorla əllərindən alınmasına etiraz edən atasının fəryadının canlı şahidi olur.

Bu, onlara pis təsir etməklə yanaşı, həm də Heydər Əliyevin ideyalarına inamsızlıq yaradır. Bütün bunların baiskarı isə Mahir Quliyevdir.

azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ