SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı -Video

Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı -Video

Tarix:

19-11-2018, 18:35

/ 2 759 dəfə oxundu.
Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı -Video

Məşhur rəqqasə Aygün başına gələn və ona çox pis təsir edən hadisədən danışıb

A24.Az-a açıqlama verən rəqqasə bildirib ki, məclislərdən birində azərbaycanlı məmurlardan birinin oğlu tərəfindən alçaldılıb.

O, bu hadisənin onu ciddi şəkildə sarsıtdığını söyləyib:

“Bir insandan çox incimişəm. Həmin şəxs vəzifəli bir şəxsin oğludur və özü də vəzifədədir. “Böyük adamın” oğlu ola bilər, pulu çox ola bilər, amma sonda eyni qəbirə qoyulub, eyni kəfənə büküləcəyik. Bilmək olmaz həyatın işini, bu dünyadan kim nə aparıb ki?! Qəlb qırmağın nə qədər ağır olduğunu anlamırlar.

Mən bu günə qədər heç kimin bir manatını yeməmişəm. Bir vəzifəli şəxsin oğlu elə qəlbimə dəyib ki… Məşhur müğənninin də sevgilisidir. Məclislərdən birində çox sərxoş idi, mənə 3 kəlmə elə söz dedi ki, çox qəlbimə dəydi. Onu bağışlamıram. Heç vaxt da bağışlamayacağam. Onu Allaha həvalə edirəm. Ətimi qoparsalar, incitməz, söz yarası qəlbimi elə deşir ki, heç vaxt ağrısı keçmir. Artıq aylardır ki, o sözü ürəyimdə gəzdirirəm.

Mənə qarşı çox haqsızlıq etdi. Nə vaxtsa onun gözlərinin içinə baxmaq, onun düşdüyünü görmək istəyirəm. Allah ucaldandır. Ucaldan Allah endirməyi də bilir“.

Şərhlər

XƏBƏR LENTİ