SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Bəlli olur ki, bir çox səfir və konsullarımız alverə qurşanıb”

“Bəlli olur ki, bir çox səfir və konsullarımız alverə qurşanıb”

Tarix:

19-11-2018, 16:35

/ 1 412 dəfə oxundu.
“Bəlli olur ki, bir çox səfir və konsullarımız alverə qurşanıb”

“Bir şəxsin eyni zamanda bir neçə yüksək vəzifəni daşıması, dövlət tərəfindən müxtəlif orden, medallarla təltif edilməsi, daha sonra biabırçı şəkildə vəzifəsindən azad edilməsi, vəzifələrə yerləşdirdiyi qohumların qara siyahıya salınması faktları ölkəmizdə kadr təyinatının bilik, bacarıq, zəngin təcrübə əsasında deyil, tayfa, region prinsiplərinə, proteksionizmə söykəndiyini göstərir ki, bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurur”.

“AzPolitika”nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmov ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında belə deyilir.

Partiya hesab edir ki, belə neqativ hallar eyni zamanda diplomatiyamızda, ölkəmizin xarici siyasətinin təmsilçisi olan şəxslərin fəaliyyətində açıq şəkildə özünü büruzə verir. “Sonradan bəlli olur ki, bir çox səfir və konsullarımız onlara verilən səlahiyyət hədlərini aşır, ölkəmizi layiqincə təmsil etmək, təmsil olunduqları ölkələrlə Azərbaycanın əlaqlərinin hərtərəfli inkişafını təmin etmək əvəzinə alverə, biznesə qurşanır, ölkəmiz haqda mənfi rəy formalaşdırır”.

ADP dünyada anoloqu olmayan, ölkəmizi gözdən salan bu cür fəaliyyətin yolverilməz olduğunu qeyd edib və dövlət başçısını Xarici İşlər Nazirliyinin işinin yenidən qurulması, bu sahədə ciddi islahatlar aparılması barədə ciddi addımlar atmağa çağırıb.

Şərhlər

XƏBƏR LENTİ