SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Körpə qidaları distrübuterliyi ilə pediatrların və doğum evlərinin sıx əlaqəsi var - İTTİHAM

Körpə qidaları distrübuterliyi ilə pediatrların və doğum evlərinin sıx əlaqəsi var - İTTİHAM

Tarix:

16-11-2018, 12:56

/ 1 381 dəfə oxundu.
Körpə qidaları distrübuterliyi ilə pediatrların və doğum evlərinin sıx əlaqəsi var - İTTİHAM

“Araşdırmalar göstərir ki, körpə qidaları distrübuterliyi ilə pediatrların və doğum evlərinin sıx əlaqəsi var”

Bunu Moderator.az-a açıqlamasında uşaq yeməkləri ilə bağlı məsələyə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum rəhbəri bildirib ki, körpə qidalarının əlçatan olmasının qarşısını almaq lazımdır:

“Uşaq yeməkləri ilə bağlı bizim quruma şikayətlər az olub, çünki insanlarımızın bu barədə bilik səviyyəsi o qədər də geniş deyil. Azad İstehlakçılar Birliyi “İbfan” adlı körpələri ana südü ilə əmizdirməyə dair beynəlxalq təşkilatın üzvüdür. On il öncə erkən yaşda uşaqların ana südü ilə qidalanmasına dair Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanunda uşaq yeməklərinin distrübuterliyi, marketinqi və pediatrların uşaq yeməklərini satan şirkətlərlə əlaqəsinin qadağan olunması öz əksini tapıb. Bundan başqa körpə qidalarının üçüncü ölkədən gətirilməsi də qadağan olunur. Lakin biz görürük ki, Azərbaycanda körpə qidalarının biznesi getdikcə sürətlənir və ana südü ilə əmizdirmə faizinə görə biz bütün Avropa ölkələrindən geri qalırıq. Bu 44-45 faiz təşkil edir.

Tələbin yüksək olduğu bir şəraitdə əlbəttə təklif zamanı keyfiyyətsizliklər də meydana çıxır və körpə qidalarının 20 dərəcədən aşağı temperaturda saxlandığı bir şəraitdə satıldığının şahidi oluruq. Başqa ölkələrdən fərqli olaraq bizim ölkədə körpə qidaları hər yerdə satılır. Bizim qurum qətiyyən bunun tərəfdarı deyil, çünki beynəlxlaq təcrübələr göstərir ki, ananın gözü körpə qidalarını görəndə alternativ olaraq əmizdirmə imkanı olduğu üçün onun südü kəsilir. Biabırçı hallardan biri də odur ki, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər. Biz çalışırıq ki, bunun qarşısını alaq. Ümumiyyətlə, bizdə uşaq doğulan kimi onu anadan ayırıb körpə qidaları ilə qidalandırırlar. Əslində isə uşaq doğulan kimi ananın sinəsi üzərinə qoyulmalıdır və sanki kompüter proqramı kimi uşaq ana südü ilə qidalanmalıdır. Araşdırmalar göstərir ki, körpə qidaları distrübuterliyi ilə pediatrların və doğum evlərinin sıx əlaqəsi var. Bu da körpə qidalarının qiymətinin həddindən artıq bahalaşmasına gətirib çıxarır”.

Şərhlər

XƏBƏR LENTİ