SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Direktorlar pıçhapıçla deyirlər ki, bizdə günah yoxdur, təhsil şöbəsinin “katyol”una hesab çatmalıdır -ABŞERONDA

Direktorlar pıçhapıçla deyirlər ki, bizdə günah yoxdur, təhsil şöbəsinin “katyol”una hesab çatmalıdır -ABŞERONDA

Tarix:

15-11-2018, 09:57

/ 1 472 dəfə oxundu.
Direktorlar pıçhapıçla deyirlər ki, bizdə günah yoxdur, təhsil şöbəsinin “katyol”una hesab çatmalıdır -ABŞERONDA

Sovet dövründə tərbiyə ilə bağlı ayrı-ayrı aspektlər üzrə müəllimlər qarşısında vəzifə qoyulurdu: vətənpərvərlik tərbiyəsi, əmək tərbiyəsi, mənəvi tərbiyə, estetik tərbiyə və sair. Hazırda da kurikulum adlanan təhsil proqramında məsələ qoyulur ki, məktəbin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamalıdır. Amma çox təəssüf ki, şəxsiyyətyönümlü vətəndaş necə olmalıdır, necə hazırlanmalıdır bunun kriteriyaları işlənməyib.

Bu mənada Abşeron rayonu xüsusi fərqlənir. Zaman-zaman mətbuat səhifələrində məktəblərdə bıçaqlanma, müəllimin şagirdi döyməsi hadisəsinə rast gəlinməsin. Amma bu məsələlər aşkar olunsa da, sosial şəbəkələrdə yayılsa da bununla bağlı məsuliyyətsizlik mövcuddur. Hələ eşitməmişik ki, baş verən belə bir faktla bağlı məktəb direktoru və ya müəllim işdən çıxarılsın, məsuliyyətə cəlb olunsun. Fakt öncə ört-basdır edilir, ona başqa don geyindirilir. Bir müddət sonra da məktəb direktoru, yaxud müəllim öz ərizəsi ilə işdən azad olunur. Yəni cəmiyyət nə hadisənin səbəbini bilir, nə günahkarı görür, nə də cəza tətbiqini”.

Cahan.indo Mozalan.az-a istinadən son illərdə Abşeron təhsilində baş verən ən qalmaqallı hadisələin xronologiyasını təqdim edir.

2 saylı məktəb-zorlama faktı

2014-cü ilin mart ayının 15-i tarixində məktəbin 11-ci sinfində oxuyan 3 oğlan 9-cu sinifdə oxuan 15 yaşlı qızı zorlayıblar. Məktəbin direktoru çox çalışsa da hadiosəni ört-basdır edə bilmədi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Abşeron rayonu ərazisində orta məktəbin 9-cu sinif şagirdini zorlayıb, əməllərini videokamera ilə lentə alaraq, qızı bu vasitələrlə şantaj edən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Sonradan Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Döyülmə

2016-cı il yanvar ayının əvvəlinə Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayıldı. Döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınmışdı.

Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkmişdi.

Hadisə böyük qalmaqala səbəb oldu. "İctimai Problemlərin Tədqiqi” Sosial Fondunun rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, inkişaf etmiş ölkələrin qanunvericiliyinə əsasən, insan haqlarını, o cümlədən uşaq hüquqlarını pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Hətta bəzi ölkələrdə nəinki müəllim, hətta valideynlər belə öz uşaqlarına cəza verə bilməz. Bu baxımdan, əgər uşaq şikayət edərsə, valideyn məhkəməyə cəlb oluna bilər. Azərbaycanda isə bu məsələ ilə bağlı müəyyən problemlər var. Baş verən son hadisə bir daha bu faktı sübuta yetirib.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırıldı.

Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olundu. Sonucda isə müəlliməyə sadəcə töhmət verildi.

Məktəb, yoxsa bazar..?

Elə həmin il daha qalmaqallı hadisə həm sosial şəbəkələrdə,həm mətbuatda geniş müzakirə edildi. Söhbət 10 saylı məktəbdə bayramla bağlı uşaqlardan pul yığılması ilə bağlı idi. İlqar Qulusoy adlı valideynin sosial şəbəkədə yazdığı status geniş əks-sədaya səbəb oldu :
“8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb 8 mart şənliyi keçirdiblər. Bunun təhsilə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir?
Zatən valideynlər azı 30 man müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək....
Novruz bayramı ərəsəində 30 manat novruz şənliyi üçün pul yığılır. Başa düşə bilmirəm kosa keçəl hollivuddan gəlir?
Uşağın nəyinə lazımdır bu tədbir? Bəyəm yuxarı sinif uşaqlarını cəlb edərək kosa keçəl edib onların aktyorluq qabiliyyətlərini artırmaq olmazmı?
Əlavə olaraq hər bir uşaq üçün 5 manat pul tələb olunur. Novruz xonçası üçün. Uşaq müəllimə deyir ki mamam xonça bəzəyib gətirəcək. sinif rəhbəri deyir lazım deyil 5 manat gətirin özümüz alacağıq..... 2 ci sinif uşağı ilə müəllimə arasında dialoqa baxın...
Test pulu , lövhədə yazmaq üçün marker alınması...
Bununla hansı təhsildən danışmaq olar?
Abşeron gənclər şəhərciyində yerləşən bu məktəb ödənişli mədəniyyət evinə çevrilib. Valideynlər var hələ evinə 100 qram qoz ala bilməyib amma borc tapıb uşağına verir ki sinifdə seçilməsin. adamlar tanıyıram ışıqları kəsilib borca görə qaranlıqda otururlar. Amma dilənib məktəbə pul verirlər.
Bu ölkədə qayda qanunlar yoxdurmu?
Hara baxır təhsil nazirliyi
Hara baxır Abşeron icra hakimiyyəti?”



Yeni təhsil müdiri –borca görə işdən azad etmə

2017-ci ilin yayında Abşeron təhsilinə yeni müdir təyin olundu. Onun gəlişi heç nəyi dəyişmədi. Yuxarıda sadaladığımız məktəblərin heç birinin direktoru dəyişmədi. Əksinə diğər yerlərdə çox “maraqlı” direktor təyinatları oldu ki, bunlar haqda xüsusi yazıə hazırlayacağıq. Bu təyinatlarda Nazilə Məmmədovanın hansı maraqları olduğu açıqlanacaq.

Qayıdaq qalmaqallara. Yeni müdirə az müddət keşmiş mətbuatın gündəminə gəldi.

Abşeron Rayon Təhsil şöbəsinin təklifi ilə Qobu 1 saylı tam orta məktəbdə təyin olunduğu direktor müavini vəzifəsinə göndərilmiş Aqşin Həsənov borcu olduğuna görə işdən çıxarıldı.

Müəllimlik fəaliyyətinə heç bir aidiyyatı olmayan şeyə göyə işdən çıxarılma Azərbaycanda bir ilk idi. Bu ilkə Nazilə xanım imza atdı.

Yeni müdir gələndən məktəblərdə pulyığıma kompaniyası güclənib. Diğər tərəfdən xüsusən Xırdalanda əhalinin sürətlə artması səbəbi ilə məktəblərdə sıxlıq müşahidə olunur.

Məktəb direktorları bəhanə edirlər ki, yer yoxdur, amma “şirinlik” görəndə yer də tapılır, parta da....

Direktorlar pıçhapıçla deyirlər ki, bizdə günah yoxdur, təhsil şöbəsinin “katyol”una hesab çatmalıdır. Yəni, göz dəyməsin N.Məmmədovanın idarəçiliyinin bir ilində artıq təhsil bazara çevrilib.

P.S. Nazilə xanım 45 nömrəli məktəbdə işləyəndə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində iş olub. Korrupsiya İdarəsindən necə qurtardı ki, gəldi təzədən Təhsil Şobəsinin müdiri oldu?

Mozalan.az

Şərhlər

XƏBƏR LENTİ