SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabahdan istilik verilir

Sabahdan istilik verilir

Tarix:

14-11-2018, 17:42

/ 1 373 dəfə oxundu.
Sabahdan istilik verilir

Ötən illərdən fərli olaraq bu il “Azəristiliktəchizat” ASC istilik verilməsinə daha tez başlayıb. Buna səbəb isə havaların soyuq keçməsidir.

Sözügedən qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib ki, artıq dağətəyi rayonlarda noyabr ayının 1-dən, Bakıda isə 11-dən etibarən qurumun balansında olan qazanxanalar işə salınıb:

“Bu il istilik noyabrın 15-də yox, daha tez verilib. Artıq qazanxanaların 80 faizi trafikə uyğun olaraq işləyir. Sabahdan etibarən isə tam rejimdə işə salınacaq. Bu il işləməsi nəzərdə tutulan qazanxanalar vasitəsilə 3800 yaşayış binası, qurumun tabeliyində olan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisəsi və digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub”.

Şərhlər

XƏBƏR LENTİ