SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov Rayon icra başçısı görüş keçirdi

Nərimanov Rayon icra başçısı görüş keçirdi

Tarix:

14-11-2018, 16:05

/ 1 314 dəfə oxundu.
Nərimanov Rayon icra başçısı görüş keçirdi

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib.

İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin iştirak etdiyi qəbulda A. ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib, Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilib.

İcra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Nərimanov Rayon icra başçısı görüş keçirdi
Nərimanov Rayon icra başçısı görüş keçirdi

Şərhlər

XƏBƏR LENTİ