SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt

Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt

Tarix:

14-11-2018, 12:23

/ 1 292 dəfə oxundu.
Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt

Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi keçirilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə G. Bayramlının cəzası 2 ay azaldılıb.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixində Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Qazax rayon məhkəməsinin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

XƏBƏR LENTİ