SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikin icra başçısı üçün son dönəm - Sakinlər ölkə başçısına müraciət etdi

Lerikin icra başçısı üçün son dönəm - Sakinlər ölkə başçısına müraciət etdi

Tarix:

14-11-2018, 10:49

/ 1 501 dəfə oxundu.
Lerikin icra başçısı üçün son dönəm - Sakinlər ölkə başçısına müraciət etdi

"Yaxın günlərdə daha bir neçə rayonun rəhbəri dəyişdiriləcək ki, onlardan biri də hazırda Lerikə rəhbərlik edən Rövşən Bağırovdur". Bunu söyləyən məlumatlı mənbə bildirir ki, Rövşən Bağırov hazırda barəsində ən çox şikayət olunan icra başçılarından biri, bəlkə də birincisidir.

Bu arada redaksiyamıza Lerikdən də şikayət daxil olub və narazı vətəndaşlar ölkə başçısından məhz rayonlarına layiqli bir icra başçısının göndərilməsini xahiş edirlər.

Onların şikayətlərində deyilir: "Nə yazıq ki, Rövşən Bağırov kimi icra başçıları bu gün ölkədə baş verən yenilənmə, inkişaf prosesinə nəinki ayaq uydurmurlar, hətta prosesə maneə kimi çıxış edirlər. Bu gün Lerik Azərbaycanın ən geridə qalmış rayonudur, - desək, yanılmarıq. İndi də soyuq havalar dönəmidir. İcra başçısını sti yay günlərində tapa bilmədiyimiz kimi, qışda - problemlərin bol olduğu dönəmdə kimsə görə bilməyəcək.

Biz də bütün bunları nəzərə alaraq, cənab Preidentdən, hələ qış tam gəlməmiş, Lerikə həqiqətən də xalqın qeydinə qalacaq icra başçısı göndərməsini xahiş edirik".

Qeyd edək ki, müraciət müəllifləri dia.az əməkdaşlarını rayona da dəvət ediblər və yaxın günlərdə sözügedən ünvandan daha geniş reportajı diqqətinizə təqdim edəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ