SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda təhsil kimə əmanət edilib? - Nazirə müraciət olundu

Cəlilabadda təhsil kimə əmanət edilib? - Nazirə müraciət olundu

Tarix:

12-11-2018, 20:35

/ 3 239 dəfə oxundu.
Cəlilabadda təhsil kimə əmanət edilib? - Nazirə müraciət olundu

Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki qanunsuzluqlardan bəhs edib. Təhsil nazirinə müraciət edən haqqı taptanaraq hüquqları pozulmuş müəllim yazır ki, Hafiz Cavadov Cəlilabad təhsil şöbəsinin müdiri vəzifəsində xələflərindən geri qalmır.

Müraciətdə deyilir: “Cenab Nazir!

Müstəqillik dövründə bir neçə müdir Cəlilabad RTŞ-ya başçılıq etmisdir amma ,E.Əsgərov 21 il RTŞ-nə müdir oduğu dövürdə təhsil sisteminin bel sütununu qırmışdır.Amma ondan sonra müdir olmuş xələfləri hec da rayon təhsilini məhv etməkdə onlardan geri qalmayıblar.Onlardan sonuncusu H.Cavadovdur.

Cənab Nazir! Mən size 7.11.2018-ci ildə göndərdiyim məktubda Hafiz müəllimin qanunsuz və rüşvətxor əməlləri haqqında geniş məlumat vermişəm.Bu adam təhsil müdiri əvəzi gələr-gəlməz öz “taktikasını”işə saldı.Özü ixtisasca müəllim olsa da,həyatı boyu müəllim işləməyən,sinf otağına daxil olmayan ,daim RTŞ-nin müdir müavini postunu tutaraq rüsvətxorluqla məşğul olan H.Cavadov faktiki olaraq rayonda isleyen 3 min müellimin,129 məktəbin cibin girməklə meşğuldur.

Bu oğurluqda o qədər “peşakar” ki,əminəm İran şairi Hafiz Şirazi bunun müasiri olsaydı şoka düşərdi.Hətta inanıram böyük şairin özünə da “papış tikərdi”
Çünki,rayonda təhsil qənimi olan H.Cavadov şeytana “papış tikir”.Onun ədalətsiz idarəetməsinə etiraz edənləri Hədə-qorxu gəlmək,şantaj etmək peşakarlığıdır.Ne olur olsun,bircə onun rüşvət makinasina heçkim manə olmasın.

Cənab nazir! Rayonda olan 129 məktəb direktorları H.Cavadova xərac vergisi verir.Mən hesablamışam ki,bu hər ay 20-25min manat müəllimlərdən rüşət yiğir.
Cənab nazir! Dizə qədər rüşvət bataqliğında çabalayan H.Cavadovu bu “əzabdan”xilas edin.Beləki,onu tutduğu müdir əvəzi vəzifəsindən azad edin. Siz,nəhayyət, təhsildən anlayışı olan ,esl pedaqoqu Cəlilabad RTŞ-nə müdir təyin edəcəksinizmi?yoxsa inanin ki, bu Celilabad tehsili bir neçe ilə kufdan-kuf olacaq.

Cenab nazir! Men Sizin kuratorlariniz da inanmiram.her şikayet mektubu Nazirliye daxil olan kimi RTŞ-nin müdirlərilə “bazarlıq”edirlər.Gizlin sövdələşməyə gedib məktubları bağlayırlar. Xəbərniz varmı?Ölkədə təhsil sistemi məhv olmaq durumundadır.Dəqiq statiskaya inansaq,Cəlilabad təhsil öz yerini respublika üzrə 70-ci yerdə tutub.Səbəb təhsil sistemindəki Korrupsiya və rüşvətdən başqa heçnə deyil…

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ