SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad İcra Hakimiyyətindən prezident sərəncamına hörmətsizlik

Cəlilabad İcra Hakimiyyətindən prezident sərəncamına hörmətsizlik

Tarix:

12-11-2018, 00:06

/ 1 592 dəfə oxundu.
Cəlilabad İcra Hakimiyyətindən prezident sərəncamına hörmətsizlik

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) prezident İlham Əliyevin sərəncamına hörmətsizlik edir.

RİH-nin rəsmi saytı icra hakimi bölümünə düzəliş etməyib.

Cəlilabadın icra başçısı Namiq Zeynalov təyin olunsa da, İH başçısı bölümü boş qalıb. Eyni xətaya Cəlilabad Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının və Şuranın Katibliyinin tərkibi haqqında Məlumat bölümündə də yol verilib.

Apellyasiya Şurasının sədri Vidadi Dövlətov bu vəzifədən azad olunsa da, hələ də adı RİH-nin saytında qalıb. Bu faktı hər bir oxucu İH saytına daxil olub görə bilər.

Bu fakt özlüyündə həm prezident sərəncamına hörmətsizlikdirsə, həm də İH-də mətbuat xidmətinin, elektron sistemin iflic vəziyyətə düşməsinin göstəricisidir.

Dünya texnika ilə bütün sazişləri imzalayır, danışıqlar aparır, meqa layihələr həyata keçirilir, amma Cəlilabad RİH orta əsrlərdə qalıb, internet saytını belə yeniləməyib.

Kim bilir İH-dən bu şöbəyə hər ay nə qədər maaş verilir. Ancaq nə icra başçının haqqında bioqrafik məlumat yerləşdirilib, nə də apelyasiya şurasının keçmiş sədrinin adı saytdan çıxarılıb. http://celilabad-ih.gov.az/page/57.html

İşin başqa tərəfi budur ki, icra başçısı Namiq Zeynalov da İH saytına daxil olub maraqlanmayıb, özü haqqında niyə məlumat getmədiyini soruşmayıb.

Deyəsən, Cəlilabad İH-də Kamal Sunalın məşhur “Deli, deli küpeli” filmindəki mənzərədir. İcra başçısının xəbəri yoxdur ki, rəsmi portalda ondan nə yazıblar.

Görəsən Cəlilabadı necə idarə edirlər? Ümumiyyətlə, gəldiyi gündən sakinlərlə Zeynalov arasında təmas olubmu? Bu suallar da cavabsız qalıb.

Bir müddət əvəvl Bölgə TV sakinlərin şikayətini lentə almışdı. Rayon sakinləri Cəlilabada yeni təyin olunmuş icra başçısı Namiq Zeynalovdan son dərəcə giley-güzar edirdilər.

“Dərdimizi kimə deyək?“ – deyə yaşlı bir qadın rayon rəhbərliyi ilə görüşmək niyyətində olduğunu bildirsə də, onu qəbul olmamışdı.

İcra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etmişdi.

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalmışdı. Ona nə köməklik etmişdilər, nə də prolemlərini dinləmişdilər.

Bir sözlə, şikayətçilər dərdlərini bölüşmək üçün sıraya düzülsələr də, onları dinləyən Namiq Zeynalov üzə çıxmamışdı.Cəlilabad rayonundan AzFakt.com-a maraqlı bir məlumat daxil olub.

Məlumata görə prezident seçkilərindən sonra Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov özünə müavin təyin etmək istəyib. Lakin belə bir istək onu onu pis vəziyyətə qoyub.

Çünki Namiq Zeynalovun özünə müavin təyin etmək məqsədi ilə Prezident Adminstrasiyasına məktub yollaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov öyrəndikdən sonra hamiliyində olan başçının onun başı üzərindən iş görməsinə çox qəzəblənib.

Buna görə də Kərəm Həsənov qardaşı, deputat Malik Həsənovu Cəlilabada göndərib. Hətta Cəlilabad məmurları baş verənləri biabırçılıq kimi qiymətləndiriblər.

Saytımıza verilən məlumatda bildirilir ki, Namiq Zeynalov İcra Hakimiyyətində hazırda boş qalan başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə şöbə müdirlərindən birini təyin etmək istəyib.

Başçının boş qalan müavinlik postu vəzifəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sabir Hüseynovu görmək istədiyi bildirilir. Buna görə şöbə müdirinin sənədlərinin Prezident Adminstrasiyasına göndərildiyi deyilir.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ