SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Evimi, maşınımı satmışam...”- iki nazir və bir başçıdan aprel qazisinə laqeydlik...

“Evimi, maşınımı satmışam...”- iki nazir və bir başçıdan aprel qazisinə laqeydlik...

Tarix:

11-11-2018, 23:58

/ 1 416 dəfə oxundu.
“Evimi, maşınımı satmışam...”- iki nazir və bir başçıdan aprel qazisinə laqeydlik...

Aprel döyüşləri zamanı xəsarət alaraq ayaqları tutulan silahlı qüvvələrimizin giziri, ikinci qrup əlil Elşən Əzimova Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kömək etmir.

Cahan.info-nun xəbərinə görə, aprel qazisi müalicə edilmir və hara üz tutursa, biganəlik görür. Bu haqda unikal.org-a danışan aprel döyüşçüsü Azərbaycanda ona diqnoz qoyulmadığını bildirərək, xarici ölkələrindən birində müalicə almaq üçün kömək istəyir:

“Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Həmin xəstəxanada da xəstəliyimi təyin edə bilmirlər”.

Hər iki nazirlik aprel əlilinə köməklik göstərmək gücünə malikdir. Ancaq soyuqluq nümayiş etdirirlər. Gözləyirlər ki, onun müalicəsini də Mehriban xanım Əliyeva öhdəsinə götürsün. Amma belə olmaz axı?!

Nazirliklər insanlara kömək etməklə dövlətə dayaq olur, siyasi rəhbərliyin işi asanlaşır. Ancaq Oqtay Şirəliyev və Sahil Babayev aprel gizirinin işinə baxmırlar, narazılıq yaradırlar.

E.Əzimov deyib ki, Cəlilabad rayonunda dünyaya gəlib, Füzuli rayonunda N saylı hərbi hissədə Maxe olub. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması alıb.

2017-ci ilin iyuluna qədər Hərbi Hospitalda müalicə olunub. İyuldan etibarən isə ordu sıralarından təxris edilib. İkinci qrup əlildir.

“Mənə qulluq edilməsi üçün müşahidəçiyə zərurətin olması ilə bağlı rəsmi sənəd veriblər. Buna baxmayaraq müşahidəçi ilə təmin olunmamışam.

Həmçinin səhhətim məni ciddi narahat edir. Sağlamlığıma qovuşmaq istəyirəm. Xarici ölkələrdən birinə getməliyəm. Ona da çox vəsait tələb olunur.

Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər. Respublika Xəstəxanasına yerləşdirdilər.

Orada da isə mənə bildirirlər ki, sən bizim xəstəmiz deyilsən. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər”,-deyə qazi söyləyib.

Bu vaxta qədər maşınını, evini sataraq müalicəsinə 18-22 min manata yaxın pul sərf edib. İl yarımdan çoxdur ki, aldığım pensiyanı da müalicəyə xərcləyir. Övladlarına və ailəsinə atası baxır. Deyir ki, mənzillə də təmin olunmamışam.

“Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm.Buna baxmayaraq mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir”.

Göründüyü kimi, E.Əzimova Cəlilabadın icra başçısı Namiq Zeynalov da köməklik göstərmir. Yəqin ki, icra başçısı onu bu vəzifəyə qalxmasına dəstək olan komitə sədri Kərəm Həsənovu eşidir.

Beləliklə, məmurlar vətəndaşları saymırlar, qazilərimizin, şəhid ailələrinin problemlərini həll etmirlər. Cəlilabad RİH üçün vətən uğrunda canını qoyan birinə kirayə mənzil vermək adi məsələdir. Amma laqeyddirlər.

Şərhlər

XƏBƏR LENTİ