SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirlər Kabinetində dəyişiklik gözlənilir - İDDİA

Nazirlər Kabinetində dəyişiklik gözlənilir - İDDİA

Tarix:

10-11-2018, 16:09

/ 1 819 dəfə oxundu.
Nazirlər Kabinetində dəyişiklik gözlənilir - İDDİA

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bu il sentyabrın 12-də işdən çıxıb və Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Nazirlər Kabinetindəki etibarlı mənbənin Reyting.az-a verdiyi məlumata görə, Aparat rəhbəri Ağa-bala Hacıyev tezliklə vəzifəsindən istefaya göndəriləcək.

Mənbə onu da qeyd edir ki, Natiq Məmmədovun iki ay əvvəl Mərkəzi Seçki Komissiyasının sədr müavini vəzifəsindən getməsi təsadüfi olmayıb. Məlumatda bildirilir ki, o, həmin vaxt Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin olunanda tezliklə Ağa-bala Hacıyevin çalışdığı posta təyin olunacağı vədi verilib.

İndiki Aparat rəhbərinin əvəzlənməsini labüd edən əsas fakt isə onun artıq 77 yaşını haqlamasıdır.

Qeyd edək ki, Ağa-bala Hacıyev 2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəridir.

Mənbə onu da bildirir ki, Natiq Məmmədovun MSK-dakı vəzifəsindən gedərək Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin olunmasının təşəbbüsçüsü baş nazir Novruz Məmmədov olub. O, Natiq Məmmədova tezliklə Aparat rəhbəri təyin ediləcəyi vədini verib.

Ağa-bala Hacıyevin istefaya konkret nə zaman göndəriləcəyi isə hələ ki məlum deyil. Mənbə bu məsələnin ilin sonunda, yaxud gələn ilin əvvəlində gündəmə gələcəyini istisna etmir.

Xatırladaq ki, Natiq Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. Natiq Məmmədov 2010-cu ildə MSK-nın sədr müavini seçilmişdi.

Şərhlər

XƏBƏR LENTİ