SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ''Türkiyə gəmisində qəzaya düşən azərbaycanlı İspaniyada ölümlə çarpışır''

''Türkiyə gəmisində qəzaya düşən azərbaycanlı İspaniyada ölümlə çarpışır''

Tarix:

10-11-2018, 14:15

/ 1 283 dəfə oxundu.
''Türkiyə gəmisində qəzaya düşən azərbaycanlı İspaniyada ölümlə çarpışır''

'Bir həftə komada qalıb, səfirliyə müraciət elədik ki, həmyerlimizin durumuyla maraqlansınlar, bu günə qədər heç bir reaksiya yoxdur''
52 yaşlı Sadiq Tağıyev İspaniya xəstəxanalarının birində yaşam uğrunda mübarizə aparır. Türkiyənin gəmi şirkətlərindən birində çalışan S.Tağıyev elə işlədiyi gəminin İspaniya yaxınlığında qəzaya uğraması nəticəsində ağır xəsarət alıb. Oktyabrın 9-dan 16-na qədər Bilbao şəhərindəki xəstəxanada koma vəziyyətində olan S.Tağıyev artıq ayılsa da, həkimlər onun həyatına təhlükə qaldığını deyirlər. Bu barədə Meydan TV-yə İspaniyada yaşayan başqa bir azərbaycanlı Vahid İmanov danışıb.
O, eyni zamanda, Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə də məktub yazaraq, Azərbaycanın İspaniyadakı səfirliyinin bu məsələ ilə bağlı müraciətlərə biganə münasibətindən şikayətlənib. V.İmanov bildirir ki, sığorta şirkəti müalicə xərclərini qarşılayır. Bir neçə gün öncə S.Tağıyevin həyat yoldaşı, Salyan sakini Sahilə Tağıyeva daha bir qadın qohumuyla birlikdə İspaniyaya gəlib.
“Qadınların qalacaq yeri oktyabrın 29-na qədər həll olunub. Ancaq Sadiq Tağıyevin nəinki on günə, heç üç aya sağalıb ayağa qalxacağına da həkim zəmanət vermir. Həkimlər onunla bağlı danışanda ancaq 48 saatlıq zəmanət verirlər. Bildirirlər ki, 2 gündən sonra yenə müayinə edib, o halda, nəsə deyə bilərik. Ona görə də səfirliyə müraciət elədik ki, həmyerlimizin durumuyla maraqlansınlar, qadınlara müəyyən məsələlərdə kömək eləsinlər. Bu günə qədər heç bir reaksiya yoxdur. Mənim işlədiyim şəhərdən xəstəxanaya 200 kilometr yoldur, hər gün gedib-gələ bilmirəm axı. Soydaşımızı taleyin ümidinə də buraxa bilmirəm. Ayın 29-dan sonra bu qadınların vəziyyəti necə olacaq?”, - deyə V.İmanov bildirib.
İspaniyada özü də sığorta şirkətində çalışdığını deyən V.İmanov dövlət orqanlarına şikayət məktublarında yazır ki.? tək bu hadisə deyil. Səfirlik? ümumiyyətlə, azərbaycanlıların müraciətinə, onların problemlərinə biganə yanaşır:
“Təsəvvür edin, mənim nikahla bağlı məsələm altı aya həll olundu. O da Azərbaycandakı dövlət orqanlarına şikayətlərimdən sonra. Sadiq Tağıyevə görə səfirliyə müraciət eləmişik, deyirlər ki, səfirin başı tədbirlərə qarışıb. Nə tədbir? Şərab biznesi? Hamı bilir də səfir İspaniyada nə işlə məşğuldu...”
V.İmanov qeyd edir ki, səfir Anar Məhərrəmovun (BDU-nin rektoru Abel Məhərrəmovun oğlu) hərəkətlərindən Xarici İşlər Nazirliyi və başqa dövlət orqanlarına şikayət edənlər qeyri-rəmi düşmən elan olunur.
“Biz problemləri dilə gətirmək istəyəndə hədələyirlər. Səsimizi çıxarsaq, Azərbaycandakı rəsmi dairələrə bizi başqa ölkələrin xüsusi xidmət orqanlarının casusu kimi təqdim edəcəklər. Bu hansı məntiqə, əxlaqa sığar? Mən özüm “İspaniya Azərbaycanlıları Birliyi” adlı sosial səbəkə qrupunun yaradıcısı, adminiyəm. Bütün paylaşımlarımda da ölkəmi, dövlətimi təmsil edirəm. Ölüm təhlükəsi altında olan soydaşımızla maraqlanmırlar və mən buna susmalıyam?”, - deyə V.İmanov şikayət məktubunda yazıb.
Daha bir məktub da Birinci vitse-prezident Mehriban Əliyevaya göndəriləcək.

Meydan.Tv

Şərhlər

XƏBƏR LENTİ