SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 350 manat verməsən qəbul yoxdu- 288 saylı bağçada

350 manat verməsən qəbul yoxdu- 288 saylı bağçada

Tarix:

23-10-2018, 16:14

/ 1 983 dəfə oxundu.
350 manat verməsən qəbul yoxdu- 288 saylı bağçada

Sovet dövründə az qala bütün uşaqlar bağçaya qəbul olunurdular. Lakin indi bu məsələdə problem yaranıb. Belə ki, mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Düzdür, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir.

Bu isə öz növbəsində korrupsiyaya şərait yaradır.

Yer olmaması bəhanəsi ilə bağça müdirələri valideynlərdən əməlli pul qoparır. Bakıda bu məbləğ 300-900 arasında dəyişir. Baxır başçanın yerləşdiyi əraziyə və valideynin cibinin yekəliyinə.

Bu elə bil qlobal problemdir ki, çıxışlarının birində prezident İlham Əliev də toxunmuşdu :

“Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. Mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək.
Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər”.

Görünən budur ki, bəzi direktorlar prezidentin çıxışını qulaqardına vururlar.

Məsələn, Mozalan.az-a məlumat veriblər ki, 288 saylı bağçaya dirktora 350 manat verilmədən uşaq qəbul etdirmək mümkün olmur. Müxtəlif bəhanələr gətirilir. Direktor Ulduz Əsgərovanın istədiyinin verib , uşağı bağçaya qoyduqdan sonra da hər ay 50-100 arası pul ödəmək məcburiyyətində qalırsan. Pul isə müxtəlif dərnəklərə, tərbiyəçilərə şirinliyə və ya başqa şeylərə istənilir.

Bağçanın adı mütamadi qalmaqallarda hallanır. Ötən il burada 4 yaşlı uşağın döyülməsi ölkə gündəmini zəbt etmişdi.

Bu problemi o vaxt Ulduz xanım birtəhər “həll etdi”.

Ancaq bu bağçada qəbul problemi nə vaxt qanunla həll olunacaq o bilinmir.

Mozalan.az

Şərhlər

XƏBƏR LENTİ