SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Manat üçün də noyabr təhlükəsi - "İran qərarı" nəyi dəyişəcək?

Manat üçün də noyabr təhlükəsi - "İran qərarı" nəyi dəyişəcək?

Tarix:

23-10-2018, 09:27

/ 1 409 dəfə oxundu.
Manat üçün də noyabr təhlükəsi - "İran qərarı" nəyi dəyişəcək?

Dollar/TL qarşısında 10 həftənin ən aşağı səviyyəsi olan 5,52 TL-yə qədər geriləyib. Dollar/TL məzənnəsi 13 avqustda 7,2169 ilə tarixinin ən yüksək səviyyəsini görməsinin ardından, Türkiyə Mərkəzi Bankının və Bank sektorunu tənzimləyən və nəzarət edən təşkilatın (BDDK) atdığı addımlarla düşməyə başladı.

Son olaraq da amerikalı rahib Endryu Bransonun sərbəst buraxılması Dollar/TL-nin 10 həftənin ən aşağı səviyyəsi olan 5,5194-ə qədər geriləməsini təmin etdi. Türk lirəsi dollar qarşısında ötən həftə 3,7%, oktyabrın əvvəlindən bu yana isə 6,5% dəyər qazanıb. "İntegral İnvestisiya” şirkətindən Tuncay Turşuçu dollar/TL-ni 5,45 səviyyəsindən aşağı düşməsini gözləmədiklərini qeyd edərək, bu nöqtəyə yaxın yerlərdən dollar/TL-də yüksəlişin olacağını söyləyib. Türk lirəsinin dəyərlənmənin qarşısındakı ən əhəmiyyətli mənfi faktor ABŞ-ın 10 illik istiqraz faizinin 3,20 səviyyəsinə yüksəlməsidir.

Ekspertlər hesab edir ki, noyabrın əvvəlində ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsindən sonra Türkiyənin İrandan neft və qaz almağa davam etməsi və ABŞ-ın buna necə reaksiya verəcəyi dollar/TL məzənnəsi üçün əhəmiyyəli olacaq.

Məsələyə münasibət bildirən ekspert Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirdi ki, hər bir dövlət öz maraq və mənafelərinə uyğun siyasət və ticarət aparır. Məhz Türkiyə belə bir siyasət həyata keçirir deyən ekspert hesab edir ki, İran ABŞ-ın düşmənidir, Türkiyənin yox:

"Hər ikisi müsəlman ölkəsidir və bir-birinə Amerikadan bir köynək yaxındırlar. Ona görə də, Türkiyənin və İranın bir-birindən istədiyini almaq və satmaq hüququ var. Bu hüquqdan istifadə edirlər və edəcəklər. ABŞ-ın sanksiyaları da, bir yerə qədər müəyyən təsir göstərə bilər. Maksimum təsirini də göstərib qurtarıb, artıq dollar/ lirəyə qarşı ucuzlaşır. Dünyada tək dövlət Amerika deyil, 200-ə yaxın ölkə var. Biri olmayacaq, digərləri ilə ticarət və iqtisadi əməkdaşlıqlar aparacaqsan".

Ümumiyyətlə, ABŞ-ın dünyaya təcavüz və istismarı üçün əlindəki son silahı arxasında heç nə dayanmayan yaşıl kağız parçaları olan dollardır deyən eskpert hesab edir ki, onun da dünya hegemonluğu getdikcə zəifləyir:

"Ölkələr artıq de dollarizasiya siyasətinə keçirlər, alternativ maliyyə sistemləri yaradırlar. Çin, İran, Rusiya, Türkiyədən başqa buna qoşulan başqa ölkələr də çıxır. Çünki bütün ölkələr ABŞ-ın təcavüzkar siyasətindən zərər çəkir və bundan beziblər. Manata gəldikdə, heç bir təzyiq ola bilməz, əksinə neftin qiyməti bahalaşmaqda davam edir və ölkəmizin valyuta gəlirləri artır, nəticədə də manatın möhkəmlənməsi üçün əlavə stimul yaranır".

Şərhlər

XƏBƏR LENTİ