SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ

Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ

Tarix:

22-10-2018, 13:22

/ 2 410 dəfə oxundu.
Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ

Rusiyada ən iri meyvə-tərəvəz idxalçılarından biri hesab edilən və Sankt-Peterburqdakı “Sofiysk” bazasında fəaliyyət göstərən, “Piter Elçin” kimi tanınan multimilyonçu Elçin Əhmədovun quldur basqını ittihamı ilə beynəlxalq axtarışa verildiyi məlumdur. Onun barəsində cinayət işi bu ilin mayında qaldırılıb. E.Əhmədov “Sofiysk” meyvə-tərəvəz bazasında “Royal” firmasının ofisinə basqın edərək güc tətbiq etməklə 12 milyon rubl aparmaqda ittiham olunur. Bu işdə zərərçəkən statusunda olanlar həmin firmanın sahibləri-Şəmkirin məşhur Şiştəpə kəndindən olan Xəlilov qardaşlarıdır.

Virtualaz.org xəbər verir ki, fontanka.ru portalı Elçin Əhmədovdan müsahibə götürüb və barəsində səslənən ittihamlar barədə ondan soruşub. E.Əhmədov ildə yüz milyonlarla dollarlıq dövriyyəsi olan iri biznesmendir, “AyBaRus” və “Aysel Qrup” şirkətlərinin sahibidir. Bu şirkətlər Rusiyaya meyvə-tərəvəz idxalı və topdansatışı ilə məşğul olur. Barəsində cinayət işi qaldırılandan sonra Əhmədov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Daha sonra onun barəsində axtarış elan olunub. Bildirilir ki, Əhmədovun vəkilləri onun barəsində qaldırılmış cinayət işinin istintaqını Moskvaya köçürməyə nail olublar. Çünki biznesmen Peterburq güc strukturlarının Xəlilovların sifarişi ilə onu təqib etdiklərini deyir və barəsində irəli sürülən ittihamları rədd edir.

E.Əhmədovun bildirdiyinə görə əslində Xəlilov qardaşlarının adı quldur basqınında keçirdi. Lakin onlar bu ittihamdan yaxalarını qurtarmaq üçün hüquq-mühafizə orqanları ilə işbirliyinə gediblər. Dəstənin qalan üzvləri isə həbs cəzası alıb. Hüquq-mühafizə orqanları ilə işbirliyinə gedən Xəlilov qardaşları ondan şikayət etməyə razılaşıblar. Çünki hüquq-mühafizə orqanları Xəlilovların əli ilə ondan iri məbləğdə pul qoparmaq istəyirdilər. O isə pulu verməyib.

“Mənim işçilərimdən birinin bu yalançı zərərçəkənlərin tərəfdaşı olan adamla əmlak münaqişəsi var idi. Amma bunun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. İddia edirdilər ki, həmin tərəfdaş bizimlə Xəlilovların pulları ilə hesablaşıb. Bu situasiyadan sonra 2016-cı ilin əvvəllərində onlar öz ağsaqqallarının böyük yığıncağını təşkil etdilər. Hörmətli adamların. Sofiysk bazasının 90 faizi Şəmkirin Şiştəpə kəndindən olanlardır. Məni yığıncağa dəvət etdilər. Həmin sövdələşməni aparan menecerimlə getdim. Müzakirə başladı. Nəticədə hamı kollektiv şəkildə dedi: “Biz burada Elçinin və onun adamının heç bir günahını görmürük”. Xəlilovları atası görəndə ki, biz günahkar deyilik, o zaman sadəcə olaraq insan kimi xahiş etdi ki, oğlanlarına kömək edək. Dedilər ki, yalançı tərəfdaşları ilə məsələni özləri həll edəcəklər. Mənim həmin kəndlə həmişə yaxşı münasibətlərim olub, hərçənd mən özüm Şiştəpədən deyiləm, amma həmyerliyik. Onlara 250 min dollar verdim, başqa biznesmen, hansı ki, onlar böhtan atmışdılar, 200 min verdi. Əl sıxdılar. Bu situasiya da cinayət işində keçir. Və həqiqətən baş verən ancaq budur”-Elçin Əhmədov danışır.

Peterburqun meyvə-tərəvəz kralı iddia edir ki, güc strukturları 2015-ci ildən başlayaraq ondan pul tələb ediblər. Vasitəçilərlə xəbər göndəriblər ki, pul verməsə həbs olunacaq. Amma Əhmədov pul verməyib.

2017-ci ilin sonlarında Xəlilov qardaşlarından biri Əhmədova WatsApp-la fotoşəkil göndərib və bildirib ki, həmin adamı o oğurlayıb. Bildirib ki, işi bağlamaq üçün 800 min dollar verməlidir-400 min ona, 400 min də orqanlardakı adamlara. Əks halda şikayət edəcəklər.

“Mən pul verməkdən imtina etdim. Bu ilin may ayında isə həmin absurd cinayət işini qaldırdılar. Evimdə axtarış apardılar. Səhər saat 8-də maskalılar evimə soxuldu. Qapını sındırdılar, hamını döşəməyə uzatdılar, iki qızımı, oğlumu, arvadımı qorxutdular. Özlərini çox kobud, tərbiyəsiz aparırdılar. Elə bil terrorçularla davranırdılar. Axtarışdan 3 gün sonra yenə məndən pul istədilər, bu dəfə milyon yarım. Birbaşa orqanlardan mənə çıxmırdılar, bütün bunları yalançı zərərçəkənlərin əli ilə edirdilər”-Əhmədov bildirib.

Elçin Əhmədov deyir ki, onun səviyyəsində biznesmenin kiməsə basqın edib hansısa 12 milyon rubl qəsb etməsi barədə deyilənlər sərsəm iddialardır. Çünki onun illik dövriyyəsi 8 milyard rublu keçib, bu il 12 milyard rubl olacağı gözlənilir.

“Mən pula görə narahat deyiləm. İmicimə görə narahatam. Hansısa nağıla görə pul verəcəm, sabah yenisini uyduracaqlar. Hazırda Bakıdayam, amma burada qonağam. Moskvaya günü sabah qayıda bilərəm, həbs etsələr belə”-biznesmen deyib.

Elçin Əhmədov bildirir ki, barəsində qaldırılmış cinayət işinə və beynəlxalq axtarışa verilməsinə baxmayaraq biznesi qaydasında gedir. Çünki peşəkar menecerlər komandası, yerlərdə etibarlı adamları var. Hansı ki, onların cəmi 5 faizi azərbaycanlılardır.

Şərhlər

XƏBƏR LENTİ