SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda iki gənc bir-birini doğradı

Bakıda iki gənc bir-birini doğradı

Tarix:

22-10-2018, 11:16

/ 1 342 dəfə oxundu.
Bakıda iki gənc bir-birini doğradı

Bakıda bıçaqlanma olub.

Hadisə paytaxtın Nərimanov rayonu M.Məmmədzadə küçəsində qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Famil oğlu Mövlamlı ilə 2002-ci il təvəllüdlü Bünyad Riyad oğlu Əsgərov arasında mübahisə düşüb. Mübahisə qanla nəticələnib. Belə ki, B. Əsgərov bıçaqla O. Mövlamlını vurub. Qarşı tərəf də bıçaqla digərini vurub. Hər iki şəxs təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.

O. Mövlamlıya ambulator tibbi yardım göstərilib. B. Əsgərovun isə vəziyyəti ağırdır və reanimasiya şöbəsindədir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ