SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədi Regional Mədəniyyət İdarəsində maxinasiya komandası - Adlar/iddialar

Ağcabədi Regional Mədəniyyət İdarəsində maxinasiya komandası - Adlar/iddialar

Tarix:

22-10-2018, 10:36

/ 5 051 dəfə oxundu.
Ağcabədi Regional Mədəniyyət İdarəsində maxinasiya komandası - Adlar/iddialar

Ağcabədi Regional Mədəniyyət İdarəsi rəisi Rza Quliyevin maxinasiyalar üzrə komandasının heyətində müavini Vüqar Qədirov, baş mühasib Namizəd Muxtarov, rayonlar üzrə baş məsləhətçiləri Azər Əliyev, Asəf Əliyev, Şahin Qasımov və başqalarının adları çəkilir.

R.Quliyev idarənin tabeliyində olan rayon mədəniyyət şöbələri, müxtəlif kitabxanalar, abidələr, mədəniyyət ocaqlarının adı ilə pullar silinir.

Bu mənimsəmələr mədəniyyət abidələrinin təmiri, məktəblilərin muzeylərdə gəzintisi, sərgilərin təşkili, müxtəlif tədbirlər adı altında reallaşdırılır.

Ağcabədidə 73 kitabxana, 20 mədəniyyət evi, 22 klub, 1 tarix-diyarşünaslıq muzeyi, Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, 1 incəsənət məktəbi, 8 uşaq musiqi məktəbi fəaliyyət göstərir.

Müxtəlif saytlarda yayılmış xəbərlərdə bildirilir ki, mədəniyyət klubları, kitabxanaların işçiləri arasında “ölü can”lar saxlanır. Onlar R.Quliyevin gəlir mənbələridir.

Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxsi biznesi ilə də pul qazanmağa çalışır. Onun Ağcabədidə bir neçə obyektinin olduğu deyilir.

Büdcədən çıxarılan vəsaitləri sənədləşdirmək üçün isə kənd mədəniyyət evlərini və klublarını rəngləyirlər. Bir müddət əvvəl icra başçısı saxta tender yolu ilə Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manatını mənimsəyib.

Ağcabədi regional mədəniyyət və turizm idarəsinin rəisi Rza Quliyevin gəlir yerləri artıb. R.Quliyev əvvəllər Ağcabədi mədəniyyət şöbəsinin çərçivəsində büdcə vəsaitlərini mənimsəyirdisə, indi üç rayonun mədəniyyət mərkəzlərinin, kitabxana və kənd klublarının pullarını cibişdana çırpışdıra bilir.

Əslində, Ağcabədidə mədəniyyət klubları, kitabxanalar baxımsızlıqdan xəritədən silinir. realmedia.az-a istinadən bildirir ki, idarə rəisi mədəniyyət şöbəsi müdiri olduğu dövrdə də, struktur dəyişikliyindən sonra da “qaz vurub, qazan doldurur”.

Bu yaxınlarda mədəniyyət və turizm obyektlərinin təmiri və bərpası ilə əlaqədar tender elan edilmişdi. Rza Quliyevin nəzarəti altında həyata keçirilməkdə olan prosesdən idarə rəisi mənfəətlə çıxıb.Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxsi biznesi ilə də pul qazanmağa çalışır.

Onun Ağcabədidə bir neçə obyektinin olduğu deyilir.

Əldə etdiyimiz informasiyalarda qeyd olunur ki, Rza Quliyevin əsas gəlir mənbəyi kənd mədəniyyət evlərinə, klublarına və kitabxanalarına yaxın adamlarının adlarını yazdırmaqla hər ay qanunsuz olaraq dövlət büdcəsindən bir neçə min manat vəsait oğurlamaqdır.

Məlumata əsasən idarə müdiri rayon maliyyə idarəsinin rəhbəri ilə əlbir olaraq kəndlərdəki mədəniyyət evlərinin və klublarının təmiri üçün hər il rayon büdcəsindən yüz min manatlarla vəsait çıxardaraq bölürlər.

http://agdjabedy.mctgov.az/az/sructureview/362/37

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ