SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir kolbasa şirkəti haramzadəlik edir: “Halad dad” MMC-yə ağır ittihamlar

Daha bir kolbasa şirkəti haramzadəlik edir: “Halad dad” MMC-yə ağır ittihamlar

Tarix:

22-10-2018, 10:31

/ 1 798 dəfə oxundu.
Daha bir kolbasa şirkəti haramzadəlik edir: “Halad dad” MMC-yə ağır ittihamlar

“Halad dad” MMC-nin məhsulları aşağı keyfiyyətlidir. Bu barədə mozalan.az xəbər yayıb

Cahan.info-nun verdiyi məlumatda bildirilir ki, sayt vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

Belə ki, adındakı “halal” sözündən əsər-əlamət yoxdur. Əvvəla halal donuz əti olmur. Laboratoriyaya verilsə, bu məhsullarda donuz piyinin istifadəsi təsdiqlənəcək.

Bu şirkətin məhsullarının halal olmaması dəfələrlə sübut olunub və şirkət müxtəlif illərdə İqtisadiyyat Nazirliyi tərəfindən cərimə edilib. Amma dərs götürməyiblərmiş.

Məhsullarının bəzilərinin camış ətindən olmasını məhsulun üzərində qeyd etməməsi də şirkətə baha başa gəlmişdi. “Halal Dad” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması yenə davam edir.

Məhsullarının halal olmasına dair heç bir sertifikatları olmasa da, istehlakçıları aldadırlar. Qida Təhlükəsizliyi Agentliyi bu fakta diqqət yetirərsə, ciddi faktlar meydana çıxa bilər.

Bir müddət əvvəl Şamaxı Şossesində yerləşən “Halal Dad” cəmiyyətinə məxsus müəssisədə yoxlama aparıb. Bəlli olub ki, müəssisə istehsal etdiyi kolbasa və sosiskaların markalanmasında düzgün məlumat verməməklə istehlakçıları aldadır. Xəbərdə deyilir ki, məhsulların istehsalında camış ətindən istifadə edilir. Lakin markalanmada bu haqda məlumat verilmir.

Bundan əlavə, məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma yoxdur. Amma məhsulların markalanmasında “halal” sözündən istifadə etməklə əhali çaşdırılır.

Ona görə də alıcılar diqqətli olmalıdır. Bu şirkətin məhsullarında halal olmayan dəniz piyi var. Üstəlik, QMİ tərəfindən hallalıq sertifikatı almayıb.

Nə qədər qəribə olsa da barəsində müxtəlif xoşagəlməz fikirlər səsləndirilən kolbasa və sosis məhsulları gündəlik qida rasionumuza daxil olub.

Tərkibində ümumiyyətlə ət və toyuq ətindən əsər-əlamət olmayan, ümumilikdə isə mənşəyi bəlli olmayan bu növ məhsullar ət və toyuqdan baha satılır və istehlakşılar bundan hər gün istifadə etmək məcburiyyətindədir. Aidiyyati qurumların məlumatına görə ölkə bazarlarında satışa çıxarılan kolbasalar standartlara qətiyyən uyğun gəlmir.

Təəssüf ki, bunun fərqinə varmayan istehsalçılar müxtəlif vasitələrlə istehlakçıları aldatmaqda davam edirlər. Artıq xeyli müddətdir ki, ölkə bazarına halal kolbasa adlı məhsul daxil olub. Elə bu məhsul bazara ayaq açar-açmaz müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.

Ümumi nəticə isə ondan ibarətdir ki, müasir texnologoya ilə istehsal olunan kolbasa məhsulları standartlara cavab verə bilmədiyi halda, halal kolbasadan danışmağa dəyməz.

Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur:"İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda kolbasaların tərkibinə süni ət qarışdırılmır, amma xeyli sayda inqrediyentlər vurulur.

Hətta heyvanların süd vəzisi, yelini, dili, başı qarışdırıla bilir. Ümumiyyətlə, kolbasa istehlakçılar üçün arzuolunan qida olmasa da, yerli məhsul gətirilənlərdən daha üstündür.

Belə halda, maraqlıdır ki, ölkədə aidiyyati qurumlar kolbasa məhsullarının hansı məmulatdan hazırlandığını deyil, yalnız onun təhlükəsizlik göstəricilərini araşdırır. Bununla yanaşı, qeyd edilməlidir ki, ölkədə kolbasanın halal, yaxud haram olduğunu araşdıran qurum və ya laboratoriya yoxdur.

Bu halda kolbasanın halal, yaxud haram olması barədə kim qərar verə bilər? Görünür, boşluqdan istifadə edən Qafqaz Müsəlmanları İdarəsi bu məsuliyyəti öz üzərinə götürüb.

Ancaq QMİ-nin hansı maraqlar baxımından belə ağır məsuliyyətin altına girməsi bizim üşün də sirr olaraq qalır. Məhz bu suala dəqiq cavab tapılmadığından son zamanlar kütləvi informasiya vasitələrində kolbasa məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır.

Eyni zamanda, istehsalçı şirkətlərin də rəqabəti səngimək bilmir. Məsələn, bir müddət öncə özlərini halal kolbasa istehsalçıları adlandıran sahibkarlar "ölkədə saxlanılan donuzlar arasında Afrika taunu yayılıb" şayiəsini yaymaqla rəqiblərinə böyük zərbə vurmuş oldular.

Üstündən bir müddət keçdikdən sonra "kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz" fikri dövriyyəyə buraxılmaqla halal məhsul istehsalçılarının imicinə böyük zərbə vurmuş oldular. Məsələ orasındadır ki, iş adamlarının qeyri-qanuni rəqabəti nəticə etibarilə istehlakçıların "başında çatlamış olur”.

Şərhlər

XƏBƏR LENTİ