SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq başçının 5 milyonluq cinayəti “Kamxoz”un ayağında - Bəndəliyev istintaqı...

Sabiq başçının 5 milyonluq cinayəti “Kamxoz”un ayağında - Bəndəliyev istintaqı...

Tarix:

22-10-2018, 10:22

/ 2 306 dəfə oxundu.
Sabiq başçının 5 milyonluq cinayəti “Kamxoz”un ayağında - Bəndəliyev istintaqı...

Vaqif Abdullayevin Beyləqan icra başçısı postundan uzaqlaşdırılması bəzi məmurların kürkünə birə salıb

Mozalan.info-yaistinadla xəbər veririk ki, sabiq icra başçısı çoxmilyonluq maxinasiyaları onların əli iləreallaşdırıb.

Yəni faktiki olaraq korrupsiya cinayətlərində məsuliyyət onun yox, kiçik məmurların üzərindədaha çox qalıb. Bunlardan biri Beyləqan rayon Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Arzu Bəndəliyevdir. Onun idarəsində hazırda işçilərin əksəriyyətinin adı var, özü yoxdur.

Müəssisənin müdiri Arzu Bəndəliyev məclislərdə deyirmiş ki, Vaqif onu bezdirib. İdarəyə 50-yə yaxın işçinin adını yazdırıb, hər ay 6-7 min manat mənimsəyir.

Beyləqanda baş verən bu maxinasiya təkcə kommunal idarə ilə bitmir, üst-üstə 4-5 idarədə də belə "ölü canlar" mövcuddur. Ümumi sayı 100-qədərdi.

Vaqif Abdullayev hər ay bu idarələrdə "adı olub özü olmayan" işçilərin sayəsində 10-15 min manat pul əldə edirmiş. Arzu Bəndəliyevin qol qoyduğu digər maxinasiyalardan biri isə “STAR 17” MMC ilə tender məsələsidir. Bu iş istintaq tərəfindən yenidən araşdırıla bilər.

Beyləqan Kommunal Müəssisələr Kombinatına fəhlələr üçün xüsusi geyim formaları, təsərrüfat malları, digər maşın və avadanlıqların satın alınması üçün keçirilən 27643 manatlıq tender formal olub.

Burada göstərilən mal-materialların, avadanlıqların çox cüzi hissəsi alınıb. Yerdə qalan pul isə Arzu Bəndəliyevilə Vaqif Abdullayev arasında bölüşdürülüb. Ümumiyyətlə isə sabiq başçı bu kiçik məmurun vasitəsi ilə milyon manatlarla dövlət vəsaitini mənimsəyib.

“Kamxoz” müdiri Arzu Bəndəliyevin kiçik şirkətləri nə az, nə də çox təxminən 3-5 milyon manat arası vəsaitlərin yoxa çıxmasında günahkardır.

Deyilənə görə Hesablama Palatası rayonda ciddi təftişə hazırlaşır.Bu cinayətlər üzə çıxdığı təqdirdə təbbi ki, Vaqi Abdullayev məsuliyyəti boynundan çəkərək əsas günahı Arzu Bəndəliyevin üzərinə atacaq.

.Media üzərindən xəbər veririk ki, Beyləqan Kommunal Müəssisələr Kombinatının rəsmi olaraq 170 nəfər işiçisi var. Onlardan cəmi 25-30 nəfəri işə çıxır. Yerdə qalanlar isə «ölü canlılar»dır.

Yəni, həmin 130 nəfərdən artıq adı olub, özü olmayan işçilərin əmək haqqılarını Arzu Bəndəliyev özünə götürür. Elə onların adına olan əmək haqqı kartlarının da kassasında olduğu deyilir.

Bu qədər işçinin əmək haqqısı orta hesabla 13-14 min manata yaxındır. Və bu hər ay təkrarlanan haldır. Yəni, adları olub, özləri olmayan işçilərə staj yazılır, maaşları isə müdirə çatır. Bir növ, maaşlarını verib, stajlarını təminat altına alırlar.

Bir müddət əvvəl yayılan xəbərə görə, Arzu Bəndəliyevin oğlu avtoxuliqanlıq edərək məcburi köçkün olan bir şəxsin maşınına xəsarət yetirib.

Məlumata görə, keçmiş icra başçısının əsas qurbanlarından biri Beyləqan şəhər icra nümayəndəsi Bakir Balakişiyevdir. Ancaq mənimsənilən vəsaitin çoxluğu və korrupsiyanın ifrat dərəcədə olması tək bir nəfərin "qurbanlıq" olması ilə qurtarmır.

Bu məmurlardan biri Beyləqan rayon Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov, digəri isə Beyləqan rayon Kommunal Təəsrrüfat İstehsalat Birliyinin rəisi Arzu Bəndəliyevdir.

Məlumatda vurğulanır ki, hər iki məmura məxsu kiçik müəsissələrin əli ilə dövlət büdcəsindən ayrılan vəsaitlər silinib.
Bu silinmə əməliyyatının başında icra başçısı Vaqif Abdullayev dayansada adlarını çəkdiyim məmurlar da bu cinayətin əsas aparıcı fiquru olublar.

Qarşı tərəfi dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ