SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...

Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...

Tarix:

16-10-2018, 18:24

/ 1 715 dəfə oxundu.
Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...

Zamanında gömrükdəki broker rıçaqlarından istifadə edərək dövlətin milyonlarını mənimsəyən və hazırda "Gilan" holdinqdə fəaliyyətini davam etdirən, eyni zamanda "Meyvəli" bazarına qeyri-rəsmi olaraq sahiblik edən Əbülfəz Məlikovla bağlı redaksiyamıza ilginc iddiaların yer aldığı məlumat daxil olub. Belə ki, bilgiləndirən mötəbər mənbənin iddialarına görə, zaman-zaman kriminal çevrələrlə problemlər yaşayan Əbülfəz Məlikova bir neçə il əvvəl, təzminən 5 il əvvəl kimlərsə qulaqburması da veribmişlər.

Mənbənin söylədikləri: "Hadisə təxminən 4-5 il əvvəl baş verib. Əbülfəz Məlikovun keçmiş "Drujba" kinoteatrı tərəfdə, Bakı Baş Gömrük İdarəsinin köhnə ofisinin yaxınlığında oturduğu yer var idi. Günlərin birində ora kimlərsə silahlı basqın etdilər. Hətta atışma da oldu, yaralanan da. Təxminən 1 milyondan çox pulun basqınçılar təırəfindən aparıldığı məlum oldu.

Amma nədənsə Əbülfəz Məlikov bu işin üstünə getmədi. Çünki kimlərin onu cəzalandırdığını yaxşı bilirdi".

Mənbə iddia edir ki, sonradan bu iş örst-basdır edilib.

Hər halda dövlət büdcəsindən yayındırılan milyonla hesabına özünə milyardlıq sərvət qazanmış Əbülfəz Məlikov üçün hansısa bir milyon dolların peşinə düşməyin mənasız iş olduğunu təxmin etmək o qədər də çətin deyil... Ən azından barəsində iddia olunanların fonunda bu, belə görünür...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ