SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bizim market”dən “Ovqat” kolbasası alıb yedi… halı pisləşdi, mədəsi qarışdı – İddialar...

“Bizim market”dən “Ovqat” kolbasası alıb yedi… halı pisləşdi, mədəsi qarışdı – İddialar...

Tarix:

16-10-2018, 18:02

/ 1 227 dəfə oxundu.
“Bizim market”dən “Ovqat” kolbasası alıb yedi… halı pisləşdi, mədəsi qarışdı – İddialar...

Bu günlərdə “Ovqat” kolbasa firmasının “Doktorskaya” əmtəə nişanlı məhsulunu alan istehlakçı onun etiketində yazılmış “halal” sözünə inanıb

Sosial şəbəkədə şərh yazan alıcı “Bizim market”dən aldığı kolbasanı evinə aparıb və ləzzətlə yeməyə başlayıb. O, güvənib ki, şirkət müştərini aldatmır, halal məhsuldur, kolbasanın tərkibində başqa maddə, donuz piyi yoxdur.

Onun sözlərinə görə, amma tamamilə fərqli vəziyyətlə qarşılaşıb. Kolbasanı çörəklə yedikdən bir az sonra halı pisləşib, ürəkbulanma, mədə ağrısı, halsızlıq müşahidə olunub. Məhsulun üzərində mal əti və toyuq filesindən istifadə olunduğu qeyd edilib.

Amma istehlakçı mal ətindən və toyuq filesindən istifadə edildiyinə şübhə ilə yanaşır. Feysbukda şərh yazmış həmin şəxs vətəndaşları diqqətli olmağa, ailələrinə, uşaqlarına kolbasa-sosiska alarkən başdansovduluq etməməyə çağırıb.

Bu məsələdə “Bizim market”in də məsuliyyətsizliyi, vətəndaşlara satdığı malların istehsal müddətinə laqeydliyi tənqid olunub.İndi əminliklə söyləmək və “Ovqat” şirkətini ittiham etmək olmaz ki, məhz bu məhsulun ucbatından istehlakçının halı ağırlaşıb, mədəsi qarışıb.

İlk növbədə həkim müayinəsi və laboratoriyada ekspertizaya ciddi ehtiyac var. Hər halda şirkətin adı hallanır və araşdırma aparılmalıdır. Biz isə sadəcə bir media olaraq sosial şəbəkələrdə qarşımıza çıxan bir detail qeyd etdik. Ancaq bu, “Ovqat” şirkəti barədə ilk belə hal deyil.

Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı. Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi.

Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi. “Ovqat” şirkətinin rəhbəri Anar Rzayev Publika.az-a açıqlamasında bildirib ki, istehsaçı kimi məhsulunun keyfiyyəti onu narahat edir. Müəssisəsində milçək olmadığını bilidrən A.Rzayev deyir ki, həşarat kolbasanın üz qabığının iç tərəfinə sonradan məqsədli şəkildə qoyulub.

Maraqlıdır ki, o bu məsələdə bazardakı rəqiblərindən deyil, qapısına gəlib pul ala bilməyən dələduzlardan şübhələnir: “Bilmirəm istehsal prosesinə nəzarət edim yoxsa, qapıya pul almağa gələn fırıldaqçıları yola salım? Mən bazarda yeganə istehsalçıyam ki, ərzaq təhlükəsizliyi üzrə elmi iş müdafiə etmişəm. Sizcə mənim seximdə milçək ola bilər?!”

2006-cı ildən kolbasa istehsalı ilə məşğul olduğunu bildirən A.Rzayev deyir ki, hər şeyin səbəbi üzünün yumşaq olmasındadır: “Əlaqə nömrəmə qədər kolbasaların üzərinə yapışdırmışam”.

Bir qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı.Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır.

Politika.az yazmışdı ki, "Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir.Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir.

Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır.Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür.Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı.

Belə ki, halala haram qatan, daha doğrusu, haramı "halal” kimi təqdim edən sexlərdən biri də "Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur.

Bununla belə, şirkət rəhbərliyinin mövqeyini dərc etməyə, müəssisədən reportaj təqdim etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ