SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mühacirətdən qayıdan Azad Həsənliyə qarşı cinayət işi açılıb

Mühacirətdən qayıdan Azad Həsənliyə qarşı cinayət işi açılıb

Tarix:

15-10-2018, 19:30

/ 2 007 dəfə oxundu.
Mühacirətdən qayıdan Azad Həsənliyə qarşı cinayət işi açılıb

Ona narkotik daşıma maddəsi ilə ittiham verilib
Bakıda polis tərəfindən saxlanılan Müsavat Partiyasının fəalı Azad Həsənliyə qarşı ittihamlar irəli sürüb. Meydan TV-ə bu barədə danışan vəkil Osman Kazımov deyib ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.
Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində oktyabrın 12-də Azad Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənli oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənli oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Müsavat Partiyasının üzvüdür.
Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

Şərhlər

XƏBƏR LENTİ