SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə qoçuluq edib vətəndaşları döyən başçı müavini haqda şok iddialar - Video

Gəncədə qoçuluq edib vətəndaşları döyən başçı müavini haqda şok iddialar - Video

Tarix:

15-10-2018, 19:09

/ 3 809 dəfə oxundu.
Gəncədə qoçuluq edib vətəndaşları döyən başçı müavini haqda şok iddialar - Video

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Mikayıl Zeynalov deyəsən qoçuluğu sabiq mer Elmar Vəliyevdən öyrənib. Amma onun aqibətini tamamilə unudaraq, vətəndaşlara qarşı zorakılıqda davam etməkdədir.

Bunun nəticəsidir ki, şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb.

Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zeynalovun hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.

M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Bir müddət əvvəl M.Zeynalov şikayətçiləri təhqir edərək qovmaqla medianın gündəminə gəlmişdi. Onun fəaliyyəti ciddi şəkildə narazılıq yaradır.

Yeni icra hakimi Niyazi Bayramovun Mikayıl Zeynalovla işləmək istəmədi, onu vəzifədən çıxarmağa hazırlaşdığı bildirilir. Bu video da əsaslı fakt olub.

14 mart 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhəri ictimaiyyəti ilə görüşüb.

“Təzadlar” yazmışdı ki, Elmar Vəliyev Gəncə şəhər icra Hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu.

Görünür, indi hirsini vətəndaşlardan çıxır. Onun adamları döyməsi videosu istintaqz hərəkətləri aparılmasına səbəb ola bilər. Əgər həmin vətəndaşlar şikayət edərsə, başçı müavininə cinayət işi açıla bilər.

Bir müddət əvvəl xalqxeber.az xəbər verirdi ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının Təsərrüfat işləri üzrə müavini və dostu olan Mikayıl Zeynalov “qız məclisi”ndə görüntülənib. Öz yanında gətirdiyi ukraynalı qız ilə Şəmkir şəhərindəki barların birində görüntülənib.

Vəliyevin ən yaxın dostu şəhərdə gəzərkən həm də öz korteci ilə də fərqlənir. Mikayıl Zeynalov şəhərdə gəzərkən, 3 nəfərlik cangüdən dəstəsi onu müşayiət edir. Bunun səbəbinin nə olduğu isə hər bir Gəncə sakininə maraqlıdır.

Bütün bunlardan sonra N.Bayramov Gəncə ŞİH-də ciddi kadr dəyişiklikləreinə getməlidir və E.Vəliyevdən qalan bu cür kadrlarla işləməyi dayandırmalıdır. Çünki onların fəaliyyətinin nəticəsində Gəncədə bir narazılıq, gərginlik yaranmışdı, bəzi radikal güclər də vəziyyətdə öz maraqları naminə istifadə etmək istədilər, Gəncəni qarışdırmağa çalışdılar. Odur ki, vətəndaşlarla işləməyi bacaran, onları döyən yox, dinləyən müavinlər, ŞİH nümayəndələri olmalıdır ki, N.Bayramovdan narazılıq yaranmasın.

Musavat.com-a istinadla xəbər veririk ki, yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti, əməlləri ilə bağlı ilkin incələmədən sonra müvafiq addımlar atmağa başlayıb.

İlkin olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib. Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.

Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb.

Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.

Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər. Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.

Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.

Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu. Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu.

Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı.

Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü.

Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ